Dünyamızı dəyişməyə doğru ilhamlanaq
ISEF
ELM VƏ XALQ NAMİNƏ CƏMİYYƏT
Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisi
Beynəlxalq Qayda və Təlimatlar
Məktəb şagirdlərinin elmi-tədqiqat layihələri üzrə Beynəlxalq Qaydalar:
Elm və Mühəndislik Sərgisinə dair Təlimatlar
Bu Qaydalar 2016-ci il 8-13 may tarixlərində ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinə şamil olunur
Müsabiqə qaydalarına əlavə olaraq tədqiqat aparmaq üçün bu Qayda və Təlimatlar aşağıdakıların həyata keçirilməsinə köməklik məqsədilə işlənib hazırlanmışdır:
- Tədqiqatçı şagirdlərin və insanların hüquq və rifahının qorunması;
- Onurğalı heyvanların sağlamlığının qorunması;
- Elmi tədqiqatı tənzimləyən federal qanunvericiliyə riayət olunması;
- Milli sərgilərlə bağlı istiqamətləndirici məlumatın verilməsi;
- Laboratoriyada təhlükəsiz iş qaydalarının tətbiq olunması;
- Ətraf mühit ilə bağlı problemlərin həlli.
Intel ISEF-lə bağlı ümumi xarakterli suallarınızı aşağıdakı ünvana göndərə bilərsiniz:
Science Education Programs
1719 N Street, NW,Washington,DC20036
Ofis: (202) 785-2255, fax: (202) 785-1243, Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
Layihənizin ilkin ekspertizası və təsdiqi ilə bağlı yerli, yaxud regional Elmi Ekspertiza Komitəsi ilə əlaqə saxlaya bilərsiniz.
Xüsusi qaydalara dair suallarınızla aşağıdakı ünvana Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. müraciət edə bilərsiniz.
LAYİHƏLƏRİN HAZIRLANMASI
Etika Qaydalarına dair Bəyanat
Elmi layihələrin hazırlanmasında əxlaq normalarına riayət olunmalıdır. Əxlaq normalarının pozulmasına plagiatçılıq (ədəbi və elmi oğurluq), saxtakarlıq (saxta sənəd, saxta imza), digər tədqiqatçının işindən istifadə və ya onu özününkü kimi qələmə vermə, qondarma məlumatlardan istifadə etmə daxildir. Əxlaq normalarının pozulması aşkar olunan layihələr müsabiqədən kənarlaşdırılır.
Uyğunluq və məhdudiyyətlər:
1) ISEF müsabiqəsinə hər bir milli sərginin üzvlük sazişində göstərilən sayda layihələr göndərilə bilər.
2) ISEF müsabiqəsinin iştirakçıları milli sərgi tərəfindən 9-12-ci sinif şagirdləri sırasından seçilir. İştirakçıların yaşı Intel ISEF müsabiqəsinin keçirildiyi müddətdə (may ayının 1-nə qədər) 21-dən çox olmamalıdır.
3) Hər şagird yalnız bir layihə təqdim edə bilər. Layihədə 2015-ci ilin yanvar ayı ilə 2016-ci ilin may ayı arasında 12 ardıcıl ay ərzində yerinə yetirilmiş tədqiqat işi əhatə olunmalıdır.
4) Komanda layihələrində maksimum üç üzv iştirak edə bilər. Yerli sərgidə iştirak edəcək üzvlərin sayı 3-dən çox olmamalıdır. Regional, ölkə və beynəlxalq səviyyədə keçirilən müsabiqədə komandanın üzvləri müsabiqədən kənarlaşdırıla bilməz.
5) Şagirdlər yalnız bir Milli Sərgidə yarışa bilərlər.
6) “Kitabxana” tədqiqatı, nümayiş və məlumat xarakterli layihələr, “izahat” modelləri və ya alətlər dəstinin hazırlanması Intel ISEF müsabiqəsi üçün uyğun hesab edilmir.
7) Şagirdlər layihələrini istiqamətləndirə biləcək geniş silsilə kateqoriyalar var. Intel ISEF-in izahı ilə birgə verilmiş kateqoriya və alt kateqoriyaların siyahısı ilə www.societyforscience.org/isef/project_categories saytında tanış ola bilərsiniz.
8) Şagirdin tədqiqat layihəsi peşəkar alimlər tərəfindən həyata keçirilən geniş araşdırma işinin bir hissəsi ola bilər. Lakin şagirdin təqdim edəcəyi layihə yalnız konkret araşdırmanın bir hissəsi olmalıdır.
Ümumi tələblər
1) ISEF-ə qatılan hər hansı bir sərgidə yarışan yerli və əcnəbi şagirdlər bu sənəddə göstərilən bütün qaydalara əməl etməlidirlər.
2) Layihələrdə yuxarıda əks olunan Etika Qaydalarına dair Bəyanatın tələblərinə əməl olunmalıdır.
3) Layihələrdə yerli, ştat, ölkə və ABŞ-ın Federal qanunvericiliyinə, normativlərə və icazə şərtlərinə əməl olunmalıdır.
4) Sərgidə heyvanlarla bağlı olmayan alternativ tədqiqat üsullarının tətbiqinə güclü dəstək verilir və onurğalı heyvanlara dair tədqiqat layihələri yerinə yetiriləndə bu məsələlər diqqətlə öyrənilməlidir.
5) Təbiət üçün doğma olmayan heyvan növlərinin, patogen orqanizmlərin, zəhərli kimyəvi maddələrin və ya yad maddələrin ətraf mühitdə yerləşdirilməsi yolverilməzdir. Bax: www.anstaskforce.gov/documents/isef.pdf
6) Intel ISEF-in ekspozisiyalarında Intel ISEF-in nümayiş etdirmə və təhlükəsizlik tələblərinə əməl olunmalıdır.
7) Əlavə məhdudiyyət, yaxud tələblər haqqında məlumatın verilməsi üçün cavabdehliyi yaşlı sponsor daşıyır.
Təsdiq və sənədləşdirmə
8) Təcrübə-sınaq işlərinə başlamamışdan əvvəl sizin ölkənizdə keçirilən sərginin yerli və ya regional İnstitusional Ekspertiza İdarəsi (IRB), yaxud Elmi Ekspertiza Komitəsi (SRC) tərəfindən insan iştirakçıları, onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı layihələr ekspertizadan keçirilməli və təsdiq edilməlidir (bax: Qaydaların müvafiq bölmələrinə).
9) Hər bir şagird Şagirdin yoxlama cədvəlini (1A), Tədqiqat planı və təsdiq formasını (1B), Yaşlı sponsor ilə birlikdə Yaşlı sponsor üçün yoxlama cədvəlini (1) doldurmalı və Yaşlı sponsor layihənin yerinə yetirilməsinə nəzarət etməlidir.
10) BSL-2 təhlükə potensiallı bioloji agentlər, DEA-nəzarəti altında olan maddələr, insan iştirakçıları cəlb olunan, onurğalı heyvanlara dair tədqiqatların aparılması üçün mütəxəssis alim tələb olunur.
11) IRB və ya SRC-nin ilkin təsdiqindən sonra Şagirdin yoxlama cədvəlində (1A) və ya Tədqiqat planında (1B) dəyişikliklərin edilməsi tələb olunduqda, laboratoriya təcrübə-sınaq işinə və məlumatların toplanmasına başlamamışdan öncə həmin sənədlər təkrar təsdiqlənməlidir.
12) Əvvəlki ildən davam edən layihələr üzrə təcrübə-sınaq işlərinə və məlumatların toplanmasına başlamamışdan əvvəl sənədlər IRB və SRC tərəfindən cari il üçün təkrar təsdiq olunmalıdır.
13) Davam edirilən layihələr üçün tədqiqat işinin yeniliyi əlavə olaraq sənədləşdirilməlidir [Bax: Layihələrin davametmə forması (7)].
14) Əgər layihə tədqiqat institutunda, sənaye müəssisəsində, yaxud ev, məktəb xaricində həyata keçirilmişdirsə Tədqiqat institutu və Sənaye müəssisəsi forması (1C) doldurulmalı və stenddə nümayiş etdirilməlidir.
15) Təcrübə-sınaq işləri başa çatdıqdan sonra hər bir şagird və ya komanda cari ildə görülən işin xülasəsinə dair bir səhifəlik (maksimum 250 sözdən ibarət) annotasiya təqdim etməlidir. Qısa xülasədə yaşlı nəzarətçilər tərəfindən deyil, şagird tərəfindən aparılan tədqiqat barədə məlumat verilir.
16) Layihənin yerinə yetirilməsinə dair gündəlik və tədqiqat işi tələb olunmur, lakin tövsiyə edilir (bax: Şagirdin soğru kitabçası; Regional sərgilər üçün tələblər müxtəlif ola bilər).
17) Hər bir şagirdin (komandanın) işinə dair imzalanmış formalar, sertifikatlar və icazələr sərgiyə qədər SRC-yə rəy verilməsi üçün təqdim olunmalıdır.
LAYİHƏLƏRİN DAVAMI
1) Peşəkar aləmdə olduğu kimi şagirdlərin tədqiqat layihələri də əvvəlki illərdə yerinə yetirilmiş işlər əsasında hazırlana bilər. Davam etdirilən etibarlı layihə sağlam elmi səy və təşəbbüsdür. Şagird layihələri yalnız sonuncu ilin tədqiqat işinə görə qiymətləndirilir. Layihə 2011-ci ilin yanvar ayından 2012-ci ilin may ayına kimi maksimum 12 ardıcıl ay ərzində aparılan tədqiqatı əhatə etməlidir.
2) Şagirdin ötən illərdə apardığı tədqiqatlarına əsaslanan layihə davam edilən layihə kimi nəzərə alına bilər. Əgər cari ilin layihəsini ötən ildə həyata keçirilən tədqiqatın nəticələri olmadan həyata keçirmək mümkün deyilsə bu, müsabiqə üçün davam edilən layihə sayılır. Belə layihələrdə təqiqat üzrə yeni işlərin əvvəlki işlərdən fəqli olduğu sənədləşdirilməlidir. Eyni metodologiya və tədqiqat üsulu ilə əvvəlki təcrübə-sınaq işlərinin təkrarlanması, yaxud nümunənin ölçüsünün artırılması qeyri-məqbul sayılır.
3) Sərgi stendlərində və qısa xülasədə yalnız cari ilin işi əks olunmalıdır. Finalçıların posterlərində nümayiş etdirilən layihənin adında illər (məsələn, “Davam edilən araşdırmanın ikinci ili”) qeyd oluna bilər. Ötən illərdə aparılan tədqiqatları əks etdirən gündəliyi müvafiq qaydada adlandırılmış lövhədə sərgiləmək olar.
4) Davam edilən tədqiqatların aparılması zamanı aşağıdakılar gözlənilməlidir:
a. Tədqiqat uzunmüddətli olmalı, zamanın təsiri altında tədqiqat obyektində baş verən mühüm dəyişikliklərinin sınaqdan keçməsinin vacibliyi qeyd olmalı və sənədləşdirilməlidir (məsələn: verilən hövzə daxilində güclü yağıntı, yaxud quraqlığın torpağa təsiri; zaman ötdükcə yanmış sahədə flora və faunanın bərpası).
b. Hər bir növbəti ildə həmin dövrə aid olan dəyişiklik əks olunmalıdır.
c. Stenddə əks olunan nəticələr cari ildə alınmış, lakin ötən illərdə alınan nəticələr ilə müqayisəli şəkildə verilməlidir. Əvvəlki illərədə işlənilməmiş məlumatlar burada nümayiş olunmamalıdır.
5) Davam edilən layihələrə hər il baxış keçirilməli, nəticələr təsdiq olunmalı. Növbəti ilə bütün formalar yenidən doldurulmalıdır.
Qeyd: Intel İSEF müsabiqəsində iştirak üçün sənədlərə Davam edilən layihə forması (7), keçən ilə aid qısa xülasə, Tədqiqat planı və bütün əvvəlki illərə aid qısa xülasələr daxildir. Sənədlərdə illər (məsələn, 2010-2011) aydın şəkildə göstərilməlidir. Əvvəlki illərə aid bütün sənədlərin saxlanılması tövsiyə edilir, çünki SRC əlavə sənədlərin təqdim edilməsini tələb edə bilər.
Komanda layihələri
1) Intel ISEF-ə təqdim olunan komanda layihələri ayrıca kateqoriya deyil, tədqiqatın elmi kateqoriyası çərçivəsində qiymətləndirilir.
2) Komanda üzvlərinin sayı üç nəfərə qədər ola bilər. Yerli sərgidə komanda üzvlərinin sayı üçdən çox olarsa, bu say Intel ISEF müsabiqəsində iştirak etmək üçün azaldıla bilməz.
3) Tədqiqat ilində komanda üzvlərini dəyişmək, o cümlədən fərdi layihədən komanda layihəsinə keçmək və ya əksinə mümkün deyil. Komandanın tərkibində belə dəyişikliklərin aparılmasını yalnız sonrakı illərdə etmək olar.
4) Komandanın işini əlaqələndirmək və komandanı təmsil etmək üçün komanda üzvlərindən biri lider seçilir. Bununla belə, komandanın hər bir üzvü çıxış etməyi bacarmalı, layihənin işinə tam cəlb edilməli və onun bütün aspektləri ilə tanış olmalıdır. Yekun işdə bütün komanda üzvlərinin birgə səyləri əks olunmalıdır. Komanda layihələri də fərdi layihələr kimi eyni qaydalar və qiymətləndirmə meyarları əsasında qiymətləndirilir.
5) Komandanın hər bir üzvü Təsdiq forması (1B) təqdim etməlidir. Bununla yanaşı, komanda üzvləri birgə Yaşlı sponsor üçün yoxlama cədvəli (1), bir qısa xülasə, Şagirdin yoxlama cədvəli (1A), Tədqiqat planı və digər tələb olunan formaları təqdim etməlidir.
6) Komandanın bütün üzvlərinin adları və soyadları qısa xülasə və formalarda əks olunmalıdır.
Şagirdlərin və yaşlıların vəzifələri və cavabdehlikləri
1) Tədqiqatçı şagirdlər
Tədqiqatçı şagird tədqiqat layihəsinin bütün aspektlərinə, o cümlədən ehtiyac duyulan bu və ya digər yaşlı nəzarətçilərin (Yaşlı sponsor, Mütəxəssis alim və s.) köməyinin təmin edilməsinə, lazımi icazələrin (SRC, IRB və s.) alınmasına, ISEF-in Qayda və Təlimatlarına riayət edilməsinə, layihə ilə bağlı təcrübə-sınaq işlərinin aparılmasına, texniki məlumatların təhlilinə görə cavabdehlik daşıyır.
2) Yaşlı sponsor
Yaşlı sponsor məktəb müəllimi, valideyin, universitet professoru, yaxud elmi-tədqiqat laboratoriyasında çalışan alim ola bilər. Həmin şəxsin elmi səriştəsi olmalı və layihə müddətində şagirdlə sıx əlaqə saxlamalıdır.
Yaşlı sponsor tədqiqat aparan şagirdin, araşdırmaya cəlb olunan insanların və ya heyvanların sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədilə mümkün olan riskin qiymətləndirilməsinə görə cavabdehlik daşıyır. Yaşlı sponsor Şagirdin yoxlama cədvəlini (1A) və Tədqiqat planını, o cümlədən: a) təcrübə-sınaq işlərinin yerli, ştat və federal qanunları və bu Beynəlxalq Qaydalar çərçivəsində aparılmasının; b) təcrübə-sınaq işlərinin hər hansı bir hissəsinin təsdiqini və ya ona nəzarəti həyata keçirmək üçün cəlb olunan digər yaşlılar tərəfindən formaların doldurulmasının; c) Mütəxəssis alimə dair meyarların aşağıda göstərilənlərə uyğunluğunun təmin edilməsini yoxlamalıdır.
Yaşlı sponsor təhlükə potensiallı tədqiqatları tənzimləyən normativ hüquqi aktlarla tanış olmalı və şagird layihəsində onlara riayət olunmasını təmin etməlidir. Bura kimyəvi maddələr və avadanlıqlardan istifadə, təcrübi üsullar, insan və ya onurğalı heyvanlarla bağlı tədqiqatlar, hüceyrə kulturları, mikroorqanizmlər, yaxud heyvan toxumaları aid ola bilər. Bu məsələlər Tədqiqat Planı tərtib olunanda şagirdlə müzakirə edilməlidir. Bəzi eksperimentlərdə ştat və federal qanunları ilə tənzimlənən prosedurlar, yaxud materiallardan istifadə olunur. Şagirdin bu normativ hüquqi aktlar haqqında ətraflı məlumatı yoxdursa, Yaşlı sponsor onun Mütəxəssis alimdən məsləhət almasına yardım etməlidir.
Yaşlı sponsor şagird tədqiqatının Intel ISEF-ə müraciət üçün uyğun olmasına cavabdehdir.
3) Mütəxəssis alim
Mütəxəssis alimin biologiya və ya tibb elmləri üzrə doktor elmi dərəcəsi və şagirdin tədqiqat sahəsinə uyğun təcrübəsi olmalıdır. Şagirdin tədqiqat sahəsində xüsusi bilik və təcrübəyə malik olan magistrlərin də Elmi Ekspertiza Komitəsi tərəfindən təsdiq olunduğu təqdirdə bu işə cəlb edilməsi məqbul sayılır. Mütəxəssis alim şagirdin tədqiqat sahəsini tənzimləyən qanunvericiliklə ətraflı tanış olmalıdır.
Mütəxəssis alim və Yaşlı sponsor eyni bir şəxs ola bilər. Şagird başqa bir şəhərdə, yaxud ştatda olan Mütəxəssis alimlə işləyə bilər. Bu halda şagird onun istifadə edəcəyi üsullara dair təlim keçmiş yerli Təyinatlı nəzarətçi (aşağıda verilir) ilə işləməlidir.
4) Təyinatlı nəzarətçi
Təyinatlı nəzarətçi şagirdin təcrübə-sınaq işinə birbaşa nəzarətə görə cavabdehlik daşıyan yaşlıdır. Təyinatlı nəzarətçinin ali ixtisas dərəcəsinin olması vacib deyil, lakin şagirdin layihəsi haqqında geniş məlumatı olması, şagirdin tədqiqat sahəsində təlim keçməsi vacibdir. Yaşlı sponsor Təyinatlı nəzarətçi rolunda çıxış edə bilər.
Əgər şagird tədqiqat zamanı canlı onurğalı heyvanlar üzərində təcrübə aparılırsa Təyinatlı nəzarətçinin insan qayğısı və heyvanlarla davranış barədə elmi bilikləri olmalıdır.
5) İnstitusional Ekspertiza Heyəti (IRB)
İnstitusional Ekspertiza Heyəti federal qanunvericiliyə əsasən (45-CFR-46) insanların cəlb olunduğu tədqiqatın potensial fiziki, yaxud psixoloji riskini qiymətləndirən bir qurumdur. İnsanlar üzərində aparılan bütün tədqiqatlara IRB tərəfindən baxılmalı və təcrübə-sınaq işlərinə başlanılmamışdan əvvəl onlar təsdiq olunmalıdır. Bura həmçinin layihədə istifadə olunacaq anket və ya sorğu vərəqlərinin baxışının keçirilməsi də daxildir.
Federal qanunvericilik yerli icmanın iştirakını zəruri hesab edir. Odur ki, insan üzərində tədqiqat layihələrinin qiymətləndirilməsi məqsədini daşıyan IRB məktəb səviyyəsində təsis olunmalıdır. Məktəb, yaxud ISEF-ə qatılan sərgisi səviyyəsində təşkil edilən IRB-nin ən azı üç üzvü olmalıdır.
IRB-nin tərkibinə müəllim; məktəb müdiri (direktor, yaxud direktor müavininə üstünlük verilir); sözügedən araşdırma zamanı mövcud fiziki, yaxud psixoloji risk barədə bilikləri olan və bunu qiymətləndirməyi bacaran aşağıda adları verilənlən şəxslərdən biri: praktikant həkim, həkim köməkçisi, feldşer, psixiatr, psixoloq, diplomlu sosial işçi, yaxud diplomlu peşəkar kliniki məşvərətçi daxil edilə bilər.
Əlavə xüsusi bilik və təcrübəsi olan ekspert lazım olduqda o, yaxın bölgələrin birindən dəvət edilə bilər, bu mümkün olmadığı halda kənar bir ekspertlə müqavilənin bağlanılması məqsədəuyğun hesab edilir və buna dəstək verilir. Yazışmaların (məsələn, e-poçt, faks və s.) bir nüsxəsi Forma 4-ə əlavə edilməlidir və həmin ekspertin imzası kimi qəbul oluna bilər.
Maraqların toqquşmasına yol verməmək üçün layihəyə aid olan Yaşlı sponsor, valideynlər, Mütəxəssis alim və Təyinatlı nəzarətçi həmin layihəyə baxış keçirən IRB-də xidmət göstərməməlidirlər. Əlavə üzvlərə tövsiyə olunur ki, maraqların toqquşmasına yol verməsinlər və komitənin bilik və təcrübəsini artırmağa köməklik etsinlər.
IRB federal səviyyədə idarə olunan institutlarda da (məsələn, universitetlər, tibb mərkəzləri, islah müəssisələri) fəaliyyət göstərə bilər. Tədqiqatın mövzusu islah müəssisəsi ilə bağlı olduqda IRB-nin tərkibinə məhbusların hüquqlarının müdafiəçiləri daxil edilməlidir. İnstitusional IRB ilk öncə institutda aparılan və ya onun sponsorluğu ilə yerinə yetirilən bütün tədqiqatlara baxış keçirməli və onları təsdiq etməlidir. Yaşlı sponsor və yerli IRB layihənin məktəbdənkənar şagirdlər üçün uyğun olmasını və ISEF-in qaydalarına riayət olunmasını təmin etməyə görə cavabdehdir.
IRB ümumilikdə riski müəyyən edir. Bununla belə sərgidən az öncə layihələrə baxış keçirərkən SRC IRB-nin qərarının qeyri-məqbul qiymətləndirərsə və bununla insan varlıqlarını təhlükə ilə üz-üzə qoyarsa, SRC IRB-nin qərarını rədd edə bilər və layihə müsabiqədən uzaqlaşdırıla bilər.
6) İSEF-ə qatılan Sərgilərin Elmi Ekspertiza Komitəsi
Elmi Ekspertiza Komitəsi (SRC) bir qrup mütəxəssislərdən ibarətdir. SRC şagird tədqiqatlarının, sertifikatların, tədqiqat planlarının və sərgilərin Qaydalara, zəruri tələblərə və qanunvericiliyə uyğunluğunun qiymətləndirilməsinə cavabdehdir. İSEF-ə qatılan Sərgi tərəfindən yaradılan SRC layihələrin baxılmasına və onların təsdiq olunmasına kömək etmək məqsədi ilə yerli SRC-lər yarada bilər. SRC-nin fəaliyyəti və tərkibi Beynəlxalq Qaydalara tam cavab verməlidir. İlkin təsdiqin necə alınmasına dair məlumat almaq üçün sərginizlə əlaqə saxlayın (Sərgilərin online siyahısı ilə http://apps.societyforscience.org/isef/find_a_fair saytı vasitəsilə tanış ola bilərsiniz).
Onurğalı heyvanlar və təhlükə potensiallı bioloji agentlərlə bağlı tədqiqatlara öncədən baxılmalı və onlar təcrübə-sınaq işlərinə başlanılmamışdan əvvəl təsdiq olunmalıdır (yalnız müvafiq qaydada təşkil olunan IRB tərəfindən baxılmış və təsdiq olunmuş insanlarla bağlı tədqiqatlar Sərgiyə az müddət qalmış SRC tərəfindən yoxlanıla bilər).
Təcrübə-sınaq işləri başa çatdıqdan sonra, lakin İSEF Sərgisinə təqdim olunmazdan əvvəl bütün layihələr SRC tərəfindən yoxlanılaraq təsdiq olunmalıdır. (İdarə olunan tədqiqat institutunda yerinə yetirilən və təcrübə-sınaq işlərindən əvvəl müvafiq institusional heyət tərəfindən baxılan və təsdiq edilən layihələr üçün ilkin təsdiq tələb olunduqda onların qaydalara uyğunluğu Sərginin SRC-i tərəfindən yoxlanılmalıdır).
SRC-nin tərkibi ən azı üç nəfərdən ibarət olmalıdır. SRC-nin tərkibinə aşağıdakılar daxil edilməlidir:
a) Tibbi-bioloji sahə üzrə alim (fəxri doktor dərəcəsi, PhD, MD, DVM, DDS, yaxud DPO);
b) Müəllim;
c) Ən azı bir nəfər digər mütəxəssis.
Əlavə xüsusi bilik və təcrübə: Layihələrin çoxunda lazımi qiymətləndirmə aparmaq üçün əlavə xüsusi bilik və təcrübə (məsələn, biotəhlükəsizlik, yaxud insan risk qrupları haqqında geniş biliklərin olması və s.) tələb olunur. Söhbət heyvanlarla bağlı tədqiqatlardan gedirsə IRB-nin üzvlərdən ən azı biri heyvanlara lazımi qayğı göstərməyin qaydaları ilə tanış olmalıdır. Araşdırmanın xarakterindən asılı olaraq həmin şəxs baytar, yaxud tədqiqat obyekti olan növlərlə bağlı təlim keçmiş və ya təcrübəsi olan şəxs ola bilər. IRB-nin tərkibinə üzv kimi daxil etmək üçün lazımi ekspertin yaxın bölgələrdən dəvət olunması mümkün deyilsə, kənar bir ekspertlə müqavilə bağlanılması (sənədləşdirilməsi) məqsədəuyğun hesab edilir və bu işə dəstək verilir.
Maraqların toqquşmasına yol verməmək üçün layihənin hazırlanmasına aidiyyəti olan Yaşlı sponsor, valideynlər, Mütəxəssis alim və Təyinatlı nəzarətçi həmin layihələrə rəy verən IRB-də xidmət etməməlidirlər. İRB-nin üzvlərinə tövsiyə olunur ki, maraqların toqquşmasına yol verməsinlər və bu qurumun bilik və təcrübəsini artırmağa kömək etsinlər.
Elmi Ekspertiza Komitəsi (SRC) aşağıdakı meyarlara görə layihələri yoxlayır:
a) Ədəbiyyat axtarışına dair fakt;
b) Lazımi nəzarətə dair fakt;
c) Məqbul və müvafiq tədqiqat üsullarından istifadə;
d) Doldurulmuş formalar, imzalar və maksimum bir il tədqiqat aparıldığını əks etdirən tarix, ilkin təsdiqə dair müvafiq tarixlər (buna ehtiyac olduqda);
e) Heyvanlar üzərində təcrübə aparıldıqda alternativ yolların axtarışına dair fakt;
f) Heyvanlarla bioetik davranış;
g) İnsanların, heyvanların və təhlükə potensiallı bioloji agentlərin tədqiqini tənzimləyən qayda və qanunlara uyğunluq;
h) Davam edən layihələrin davamının əsaslı şəkildə sənədləşdirilməsi;
i) ISEF-in etika qaydalarına dair bəyanatına uyğunluq.
7) Digər ekspertiza komitələri
Tədqiqat institutunda aparılan tədqiqatların həmin institutda təsis edilmiş komitələr tərəfindən baxılması və təsdiq etməsi tələb olunur. Bu aşağıdakı komitələrdir:
a) Heyvanlara Qayğı və Onlardan İstifadəyə dair İnsitusional Komitə (IACUC)
b) İnstitusional Ekspertiza Heyəti (IRB)
c) Biotəhlükəsizlik üzrə İnstitusional Komitə (IBC)
d) Embrionik Kök Hüceyrəsinin Tədqiqinə Nəzarət Komitəsi (ESCRO).
8) Intel ISEF-in Elmi Ekspertiza Komitəsi (Intel ISEF SRC)
Intel ISEF-in Elmi Ekspertiza Komitəsi (Intel ISEF SRC) şagirdlər tərəfindən qüvvədə olan Qaydalara riayət edilməsini təmin etmək üçün bütün layihələr üzrə formaları və tədqiqat planlarını yoxlayır.
Intel ISEF SRC-si ISEF-ə qatılan Sərginin SRC-si kimi tədqiqat sahəsində qayda-qanunları bilən bir qrup yaşlı şəxslərdən təşkil olunur. Bu Komitə Intel ISEF-ə daxil olan şagird layihələrinə əlavə olunan bütün formaları, o cümlədən Yaşlı sponsorun yoxlama cədvəli (1), Qısa xülasə, Şagirdin yoxlama cədvəli (1A), Tədqiqat planı və Təsdiq formasını (1B) yoxlayır. Eyni zamanda yerli sərgilərdə yaranan problemləri müəyyən edərək onların həllində sərgi direktorlarına və müəllimlərə kömək edir.
Sərgi direktoru və ya proseslə bağlı sualları olan ISEF-ə qatılan Sərgi SRC-nin üzvü Elm və Xalq Naminə Cəmiyyət, yaxud Intel ISEF SRC-nin üzvü ilə əlaqə saxlamalıdır.
Intel ISEF SRC-si Intel ISEF müsabiqəsi üçün uyğun hesab edilən layihələr haqqında yekun qərarverici orqandır. Bəzi hallarda Intel ISEF SRC-si konkret layihələrə dair suallar verə bilər. Adətən şagirdlər öz prosedur və tədqiqatlarını Intel ISEF SRC-yə izah etdikdən sonra SRC bəzi tədbirləri (məsələn, təfsilatların təsdiq olunması üçün Təyinatlı nəzarətçi ilə əlaqə saxlamaq, məsələlərə aydınlıq gətirmək məqsədilə qısa xülasənin təkrar yazmasını təklif etmək) həyata keçirə bilər.
İnsan üzərində aparılan tədqiqatlar
Aşağıdakı Qaydalar insan üzərində aparılan tədqiqatın iştirakçılarını və məktəbdənkənar tədqiqat aparan şagirdləri qorumaq məqsədi ilə nəzərdə tutulan federal qaydalara (Federal Qanunlar Məcəlləsi 45 CFR 46) əsaslanır və tədqiqatçı şagirdlərə kömək məqsədilə işlənib hazırlanmışdır. Şagirdlər insanlarla bağlı tədqiqat apardıqda iştirakçıların hüquq və asayişi qorunmalıdır. İnsanların cəlb olunduğu əksər tədqiqatların aparılması üçün İnstitusional Ekspertiza Heyətinin (IRB) ilkin təsdiqi və tədqiqat iştirakçısının məlumatlı olduğunu bildirən razılıq tələb olunur.
İmtiyazlı araşdırmalar
(IRB ilkin təsdiqi və ya İnsan iştirakçılarına dair sənədləşdirmə
tələb olunmayan tədqiqatlar)
İnsanların cəlb olunduğu bəzi araşdırmalara IRB ilkin təsdqini və insan iştirakçısına dair formaların doldurulması şamil olunmur. İmtiyazlı layihələrə misal olaraq aşağıdakıları göstərmək olar:
- Şagird tərəfindən hazırlanmış ixtira, proqram, konsepsiyanın və s. yoxlanılması. Bunlarla bağlı rəy və şəxsi məlumatlar toplanılmır və test-yoxlama sağlamlıqla bağlı təhlükə yaratmır. Riskin qiymətləndirilməsi formasının (3) doldurulması tövsiyə olunur.
- Məlumat və qeydlərin yoxlanılmasına dair araşdırmalar (məsələn, beysbola dair statistik göstəricilər, cinayətə dair statistik göstəricilər) aparıldıqda məlumatlar əvvəlcədən mövcud olan, ictimaiyyətə açıq, yaxud dərc olunmuş şəkildə çatdırılan, insanlarla hər hansı qarşılıqlı əlaqəsi olmayan məlumatlardan istifadə edilməsi və ya layihənin məqsədləri üçün insanlardan lazımi məlumatların toplanılması.
- Qeyri-məhdud, ictimai mühitlərdə (alış-veriş yerləri, ictimai park) davranışların müşahidəsi. Bura aşağıdakılar daxildir:
a) Tədqiqatçı müşahidə etdiyi fərdlərlə heç bir qarşılıqlı əlaqəyə girmir;
b) Tədqiqatçı mühitdən bu və ya digər şəkildə sui-istifadə etmir;
c) Tədqiqatçı fərdə xas olan şəxsi məlumatları qeyd etmir.
- Qeyri-məlum və anonim formada toplanılmış məlumatlar əsasında hazırlanan layihələr. Bu halda aşağıdakı şərtlərə əməl olunmalıdır:
a) Məlumatı verən peşə sahibi yazılı şəkildə təsdiq etməlidir ki, məlumat müvafiq qaydada məxfilik gözlənilməklə alınıb və HIPAA-nın qanunlarına uyğundur.
b) SRC peşə sahibi tərəfindən verilən yazılı sənədləri araşdırıb məlumatların müvafiq qaydada anonim olduğunu təsdiq etməlidir.
Qaydalar
1) Elmi layihələrə insan iştirakçılarının cəlb olunmasına növbəti bölmələrdə göstərilən şərtlərə və qaydalara əsasən icazə verilir. Federal Qanunlar Məcəlləsinə (45 CFR 46) əsasən tədqiqatın insan iştirakçısı tədqiqatçı tərəfindən 1) fərdə (lərə) müdaxilə, yaxud qarşılıqlı əlaqə yolu ilə məlumat və ya nümunələrin əldə edilməsi; 2) müəyyən məxfi məlumatların əldə edilməsi üçün istifadə olunan canlı fərdə deyilir. Belə layihələr üçün IRB-nin baxışı və ilkin təsdiqi tələb olunur, həmçinin valideyinin yazılı icazəsi tələb oluna bilər. “İnsan iştirakı ilə aparılan tədqiqat” nümunələrinə aşağıdakılar aiddir:
- Fiziki fəaliyyətə (məsələn, fiziki əmək, hər hansı bio maddənin qəbulu, müxtəlif tibbi prosedurlar) subyektlərin cəlb olunması;
- Psixoloji və başqa rəy sorğularının (anket sorğuları, testlər) keçirilməsi;
- Tədqiqatçının özünün tədqiqat obyekti olması;
- Davranışın müşahidə edilməsi, o cümlədən:
a) müşahidə olunan fərdlə (lərlə) qarşılıqlı əlaqənin yaradılması, yaxud tədqiqatçı tərəfindən mühitin dəyişdirilməsi (işarə qoyulur, əşya yerləşdirilir);
b) qeyri-ictimai və ya giriş məhdud olan mühitdə davranışın müşahidə edilməsi (gecə-gündüz növbəli körpələr evi, həkimin kabineti);
c) şəxsin tanınması mümkün olan məlumatların qeydə alınması.
- Tanınması mümkün olan və ya qeyri-anonim məlumatların (ad, doğum tarixi, telefon nömrəsi və s.) toplanması.
2) Tədqiqatçı şagirdlər özlərinin Tədqiqat planında Təlimatların “İnsan iştirakçıları” bölməsinə (N1) aid bütün qrafaları doldurmalı və insan iştirakçıları üçün fiziki, psixoloji və məxfilik risklərini qiymətləndirərək onları minimuma endirməlidirlər. Risikin qiymətləndirilməsi və əlavə məlumatların alınması məqsədi ilə online rejimində Riskin Qiymətləndirilməsi üzrə Soraq Kitabçası verilir.
3) Elmi layihə məxfiliklə bağlı olduqda (məsələn, tibbi məlumatlar olduqda) HIPAA-nın bütün qanunlarına riayət olmalıdır.
4) “İnsan iştirakçıları” cəlb olunan bütün tədqiqat layihələrinə İnstitusional Ekspertiza Heyəti (IRB) tərəfindən baxış keçirilməli və onlar təsdiq olunmalıdır. Bu iş “insan iştirakçıları” tədqiqata cəlb olunana və ya onlarla qarşılıqlı əlaqə yaradılana qədər yerinə yetirilməlidir. IRB-nin ilkin təsdiqindən sonra Tədqiqat Planında hər hansı dəyişiklik edilməsi barədə təklif olduğu halda təcrübi sınaq işi və məlumatların toplanmasına başlamamışdan əvvəl Tədqiqat Planı təkrar təsdiq olunmalıdır.
5) Federal səviyyədə idarə olunan tədqiqat institutlarında (universitetlər, tibb mərkəzləri, islah müəssisələri və s.) şagird tərəfindən məktəbdənkənar aparılan tədqiqata mütləq baxış keçirilməli və həmin institutun IRB-si tərəfindən təsdiq olunmalıdır. Bütün layihələr üçün (şagirdin istifadə edəcəyi tədqiqat üsulları və tədbirlər də daxil olmaqla) IRB tərəfindən təsdiq edilmiş sənədin bir nüsxəsi, yaxud tədqiqatın təsdiq edildiyinə dair IRB-nin rəsmi məktubu tələb olunur. Mentorun (məktəb təlimatçısının) imzasi ilə verilən məktub yetərli sənəd sayılmır.
6) Tədqiqat iştirakçıları araşdırmaya cəlb olunmamışdan əvvəl könüllü surətdə (bəzi hallarda valideynin icazəsi ilə) öz razılıqlarını verməlidirlər. Yaşlı “tədqiqat iştirakçıları” özləri razılıq verirlər. 18 yaşa çatmamış tədqiqat iştirakçıları və ya razılıqlarını ifadə etmək qabiliyyəti olmayan fərdlər (məsələn, əqli zəif) valideynləri, yaxud valideyni əvəz edən qəyyumları vasitəsilə razılıq verirlər. IRB riskin səviyyəsindən və araşdırmanın növündən asılı olaraq razılığın (valideynin icazəsinin) şifahi və ya yazılı olmasını və Mütəxəssis alim tərəfindən layihəyə nəzarətinin tələb olunub-olunmamasını müəyyən edir. Riskin qiymətləndirilməsi və məlumat əsaslı razılığa dair əlavə şərhlər online rejimində Riskin Qiymətləndirilməsi üzrə Soraq Kitabçasında verilir.
- Məlumat əsaslı razılıq əldə etmə prosesinin bir hissəsi kimi tədqiqatçı əvvəlcə iştirakçıya tədqiqat işi ilə bağlı risk və üstünlüklərə dair məlumat verir. Daha sonra isə iştirakçılar, valideynlər və ya qəyyumlar tədqiqatda iştirak ilə bağlı risk və üstünlüklər barədə məlumatlandırılır ki, bu da onlara qərar verməkdə kömək edir.
- İştirakçılara həmçinin onların iştirakının könüllü olduğu (yəni, iştirak edib-etməmək barədə qərar verə bilərlər) və istənilən vaxt iştirakdan imtina etməkdə sərbəst olduqları bildirilir.
- Valideynin yazılı icazəsi tələb olunduqda və araşdırmaya sorğu daxil edilmişdirsə sorğu razılıq formasına əlavə edilməlidir.
7) Şagird yalnız peşəkar mütəxəssisin birbaşa nəzarəti altında tibbi prosedurları və dərmanların qəbulunu təhlil etmək üçün müşahidə apara və məlumatları toplaya bilər. Mütəxəssisin adı IRB tərəfindən təsdiq olunmuş tədqiqat protokolunda qeyd olunmalıdır. Şagirdlər tərəfindən insan iştirakçıları üzərində dərman qəbulunu tətbiq etmək və invaziv tibbi prosedurların yerinə yetirilməsi yolverilməzdir. IRB təsdiq etməlidir ki, şagird onun tədqiqat apardığı konkret ştat, yaxud ölkənin tibbi aktını pozmur.
8) Tədqiqatçı şagirdlər yazılı icazə olmadan (İctimai Səhiyyə Xidməti Aktı, 42, USC 241 (d)) insan iştirakçıları barədə məlumatları dərc edə, yaxud nümayiş etdirə BİLMƏZ.
9) Ümumi istifadəyə açıq olmayan, lakin dərc olunacaq bütün hüquqi sənədlər onların naşiri tələb etdiyi qaydada Mütəxəssis Alim tərəfindən baxılmalı, qiymətləndirilməli və təfsir olunmalıdır.
10)Internetdən istifadə (yəni e-poçt, veb-də anket sorğuları) yolu ilə məlumat toplanmasına və araşdırmasina icazə verilir, lakin a) anonim məlumatlarınn toplanması, b) məlumat əsaslı razılığın əldə olunması, c) məlumat əsaslı razılıq vermək üçün iştirakçıların müvafiq yaş həddində olduğunu təmin etməkdə çətinliklər yaradır. Prosedurlara dair daha ətraflı məlumat əldə etmək üçün Riskin Qiymətləndirilməsinə dair online sorğu kitabçasına baxın.
11)Təcrübi-sınaq işlərindən sonra, lakin sərgidən öncə SRC şagirdlərin təsdiq olunmuş Tədqiqat Planına və Qaydalara riayət etmiş oldularını təmin etmək üçün layihələrə baxış keçirir və təsdiq edir.
12)Aşağıdakı formalar tələb olunur:
- a. Yaşlı Sponsorun Yoxlama Cədvəli (1)
- b. Şagirdin Yoxlama Cədvəli (1A)
- c. Tədqiqat Planı
- d. Təsdiq Forması (1B)
- e. İnsan İştirakçılar Forması (4) - tətbiq olunduqda razılıq və anket sorğular.
- f. İxtisaslaşdırılmış Tədqiqat İnstitutu Forması (1C)-tətbiq olunduqda.
- g. Mütəxəssis Alim Forması (2)-tələb əsasında.
13) Məlumat Mənbələri 24-cü səhifədə və www.societyforscience.org/isef/rulesandguidelines saytında verilir.
IRB-nin Yazılı və Məlumatlı Razılıqdan İmtina Sənədi
IRB tədqiqat işi özündə yalnız minimal risk daşıdıqda, məlumatlar anonim toplandıqda və aşağıdakılar olduqda yazılı və məlumatlı razılıq, valideynin icazəsinin sənədləşdirilməsi tələbindən imtina edə bilər. Bunlara aiddir:
a) Tədqiqat özündə normal təhsil fəaliyyətlərini ehtiva etdikdə;
b) Tədqiqatçı tərəfindən iştirakçıların davranışından sui-istifadə edilmədiyi və araşdırmanın minimum riskdən yuxarı olmadığı şəraitdə aparılan tədqiqat;
c) Qavrayış, dərketmə bacarıqları, yaxud oyunlar nəzəriyyəsindən istifadənin ehtiva olunduğu, şəxsi məlumatların toplanması, məxfiliyin pozulması, mənəvi sıxıntı təhlükəsi daşımayan və IRB tərəfindən müəyyənləşdirilmiş anket sorğuları, yaxud məşğələlər.
d) Fiziki fəaliyyətlərdən ibarət araşdırmalar. Burada IRB riskin minimal həddən yuxarı olmadığını və tədqiqatla bağlı gözlənilən zərər, yaxud narahatlığın ehtimal həddinin GÜNDƏLİK HƏYATDA rast gəlinəndən çox olmadığını müəyyən edir.
Yazılı və məlumatlı razılıq, valideynin icazəsi ilə bağlı tələbdən imtinanın uyğunluğu ilə bağlı hər hansı qeyri-müəyyənlik yaranarsa məlumatlı razılıq, valideynin icazəsinin yazılı şəkildə sənədləşdirilməsi təkidlə bildirilir.
Riskin qiymətləndirilməsi
Minimal riskdən yuxarı olmayan hədd tədqiqatla bağlı gözlənilən zərər, yaxud narahatlıq ehtimalı və buların həddinin GÜNDƏLİK HƏYATDA rast gəlinən, yaxud normal vəziyyətdə icra olunan fiziki fəaliyyət, yaxud psixoloji imtahan və testlər zamanı baş verəndən böyük olmadığı hallarda mövcud olur.
Minimal riskdən yuxarı hədd fiziki, yaxud psixoloji zərər ehtimalı, yaxud məxfiliyin pozulması və buna müdaxilə ilə bağlı zərər gündəlik həyat üçün səciyyəvi olan hallardan yüksək olduqda mövcud olur. Bu araşdırmaların aparılmasına razılıq - /kiçikyaşlı uşaqlar üçün valideynin razılığı/ onların məlumatlı qərar verdikləri qeyd olunmaqla sənəd şəklində tələb olunur (müvafiq qaydada).
1) Fiziki Risklər
a) GÜNDƏLİK HƏYATDA rast gəlinən məşqlərdən başqa digərləri minimal riskdən yuxarı hədd hesab edilir.
b) Maddəni həzm etmək, onların tamını yoxlamaq, qoxlamaq və tətbiq etmək minimal riskdən yuxarı hədd hesab edilir. Bununla yanaşı mövcud qida, yaxud içkilərin həzmi, yaxud onlarının tamının yoxlanılması ilə bağlı layihələr IRB tərəfindən yerli normalar əsasında riskin səviyyəsini müəyyən edərək qiymətləndirilir.
c) İstənilən təhlükə potensiallı materiallara məruz qalma minimal riskdən yuxarı hədd hesab edilir.
2) Psixoloji risklər
Emosional stres ilə nəticələnə biləcək tədqiqat fəaliyyəti (məsələn, şifahi sorğu, anket sorğusu, təhrikedicilərin göstərilməsi), yaxud təcrübi vəziyyət minimal riskdən yuxarı hədd hesab edilir. Məsələn, şəxsi məsələlərlə bağlı cinsi, fiziki, yaxud uşaq istismarı, boşanma, depressiya, sıxıntı kimi sualları cavablandırmaq, depressiyaya düşmə, sıxıntı, yaxud özünü təhqir olunmuş hesab etmə kimi hisslərə səbəb olan sualları cavablandırmaq, zorakılıqla bağlı, yaxud insanı sıxıntıya sala biləcək video surətlərə baxmaq.
3) Məxfiliyə müdaxilə
Tədqiqatçı şagird və IRB məxfiliyə müdaxilə, yaxud məxfiliyin pozulması səbəbindən müəyyən fəaliyyətin iştirakçı üçün potensial olaraq neqativ nəticələr yarada biləcəyini nəzərə almalıdır. Məxfiliyin qorunması, tanınması mümkün olan məlumatlarının ictimaiyyətə, yaxud səlahiyyəti olmayan fərdlərə açıqlanmamasını təmin etməkdən ibarətdir.
Riskin səviyyəsi məxfilik qorunmaqla, yaxud həqiqi surətdə anonim olan məlumatların toplanması ilə azaldıla bilər.
4) Risk qrupları
Elmi tədqiqat işinə aşağıda göstərilən qruplardan birinin iştirakı daxil edilərsə, IRB tərəfindən şagirdin tədqiqat işində araşdırması üçün xüsusi qorunma, yaxud dəstəyin tələb olunub-olunmaması nəzərə alınmalıdır:
a. Təbii olaraq özündə risk daşıyan qrupun hər hansı bir üzvü (məsələn, hamilə qadınlar, əqli cəhətdən qüsurlu, sosial baxımdan aztəminatlı və sağlamlıq imkanları məhdud şəxslərin təhsili, xərçəng, astma, şəkər, AİD, disleksiya, ürək pozuntuları, psixiatrik pozuntular, öyrənmə qüsurları və s. kimi xəstəliklərə tutulmuş şəxslər).
b. Federal qanunvericilikdə ehtiva olunan xüsusi qruplar (yəni Əlil Fərdlərin Təhsili Aktına əsasən xidmət göstərilən uşaqlar və azyaşlılar, məhbuslar və hamilə qadınlar)
Riskin Qiymətləndirilməsi haqqında aparılan daha ətraflı müzakirələr üçün Riskin Qiymətləndirilməsinə dair online sorğu kitabına baxın.
www.societyforscience.org/isef/rulesandguidelines
Onurğalı heyvanlar
Aşağıdakı qaydalar peşəkar alimlərlə bağlı məsələləri tənzimləyən federal qanunvericiliyə məktəbdənkənar tədqiqatçı şagirdlər tərəfindən riayət etməsinə kömək etmək və həm heyvan varlıqların, həm də tədqiqatçı şagirdlərin firavanlığını qorumaq məqsədilə işlənib hazırlanıb. Şagirdlər heyvan varlıqları ilə bağlı tədqiqat apararkən heyvan varlıqlarının sağlamlığı başlıca prioritet olaraq hökmən nəzərə alınmalıdır.
SSP heyvan üzərində tədqiqatların aparılmasında şagirdləri alternativ metodlardan istifadə etmək üçün təşviq edir. Onurğalı heyvanlardan istifadə qaçılmaz olduğu halda, şagirdlər heyvanların sağlamlığını başlıca prioritet kimi saxlayaraq heyvanlardan istifadəni azaltmaq və bu işi təkmilləşdirmək üçün əlavə alternativ yollar axtarmalıdır.
Onurğalı heyvanların cəlb olunduğu layihələrdə aşağıdakı qaydalara (tədqiqat məkanının xarakterindən asılı olaraq ya Bölmə A, ya da Bölmə B-də verilən qaydalara) mütləq riayət olunmalıdır.
Onurğalı heyvanların cəlb olunduğu BÜTÜN araşdırmalara dair Qaydalar
1) Elmi layihələrdə onurğalı heyvanlardan istifadəyə aşağıdakı bölmələrdə verilən şərtlər və qaydalara əsasən icazə verilir. Bu qaydalarda əksini tapan onurğalı heyvanlar aşağıdakı kimi tərif olunur:
- İnsan olmayan canlı, onurğalı məməli heyvan embrionu, yaxud dölü;
- Çömçəquyruqlar;
- Kürt yatdıqdan sonra üç gün ərzində (72 saat) quş və sürünən heyvanların yumurtaları;
- Kürt yatan və doğan bütün digər onurğalı heyvanlar (o cümlədən balıqlar).
İstisna: Koqnitiv sinir sistemi gec inkişaf etdiyindən zebra balığının embrionları mayalanmadan yalnız 7 gün (168 saat) keçdikdən sonra onurğalı heyvan sayılır.
2) Tədqiqatda onurğalı heyvanlardan istifadəyə dair alternativlər hökmən öyrənilməli və tədqiqat planında müzakirə olunmalıdır. Alternativlərə aşağıdakı “4R”lər aiddir:
- Onurğalı heyvanları onurğasız heyvanlar, həyatın daha aşağı formaları, toxuma və hüceyrə kulturları, yaxud kompüter simulyasiyaları ilə (Replace) əvəz edin.
- Statistik göstəricilərin etibarlılığında kompromisə getmədən heyvanların sayını (Reduce) azaldın.
- Heyvanlara verilən ağrı, yaxud əziyyəti azaltmaq üçün təcrübi-sınaq protokolunu (Refine) təkmilləşdirin.
- Heyvanların tədqiqat işinə verdiyi töhfələrin qiymətini bilin (Respect).
3) Onurğalı heyvanlarla əlaqəli bütün araşdırmalara təcrübə-sınaq işinə başlamazdan öncə baxılmalı və təsdiq olunmalıdır. IACUC heyvanlarla bağlı bütün araşdırmalar üzrə ixtisaslaşmış tədqiqat insitutu nəzdində fəaliyyət göstərən ekspertiza və təsdiqedici qurumdur. İSEF-ə qatılan sərginin SRC-si məktəb, ev, yaxud sahədə onurğalı heyvanlarla bağlı araşdırmalar üzrə fəaliyyət göstərir və öyrənilən növlər sahəsində təlim keçmiş bir şəxsi (təcrübəli baytar və ya heyvanların qayğısına qalan şəxs) mütləq bu işə cəlb etməlidir.
4) Onurğalı heyvanlarla bağlı bütün araşdırmalar üçün aşağıdakı məlumatların əks olunduğu tədqiqat planı olmalıdır:
a. Heyvanlardan nə üçün hökmən istifadə olunmalıdır, o cümlədən istifadə ediləcək növlər, mənbələr və heyvanların sayının seçilməsinin səbəbləri əsaslandırılmalıdır. Biologiya, yaxud tibb elminin sahələrinə bu tədqiqatın göstərəcəyi potensial təsiri, yaxud töhfələri izah edin.
b. Heyvanlardan necə istifadə ediləcəyini izah edin. Bura təcrübə-sınaq planı və məlumatların təhlili kimi metod və qaydaları daxil edin. Təcrübə sınaq zamanı heyvanın məruz qala biləcəyi narahatçılıq, əziyyət, ağrı və zədə ehtimalını minimuma endirəcək prosedurları izah edin. İstifadə üçün təklif olunan heyvanların növlərini, irsiyyətini, cinsini, yaşını, çəkisini, mənbəyini və sayını müəyyən edin.
5) Aşağıda göstərilənlərin HAMISI tətbiq olunduğu təqdirdə heyvanların davranışı ilə bağlı araşdırmalar SRC tərəfindən aparılan ilkin ekspertizadan azad edilir:
- Müşahidə edilən heyvanlarla qarşılıqlı əlaqə yoxdur;
- Bu və ya digər şəkildə ətraf mühitdən sui-istifadə edilmir;
- Balıqlar, ov heyvanları və vəhşi təbiətə dair araşdırma bütün federal, ştat qanun və qaydalarına cavab verir.
6) Onurğalı heyvanlarla bağlı tədqiqat aparan şagirdlər tədqiqatın aparıldığı yurisdiksiyadakı yerli, ştat, ölkə və ABŞ federal qayda-qanunlarının tələblərini ödəməlidir.
7) Ani, yaxud cüzi ağrı və ya əziyyətdən daha çox ağrı və əziyyətə səbəb olan tədqiqat layihələri qadağandır. Heyvanın ölümünə səbəb olan layihələr insan eftanaziyasından fərqli olaraq qadağandır (İnsan eftanaziyası üzrə tədqiqatlara nəzarət edilən tədqiqat institutunda aparıldıqda müəyyən şərtlərlə icazə verilir. Bax Bölmə B.)
8) Onurğalı heyvanlarla bağlı aşağıdakı araşdırma növlərinə şagirdlərin cəbl olunması qadağandır:
a. Sağlamlığa zərərli təsir göstərə, yaxud həyatı məhv edə bilən zəhərli maddələr istifadə olunan araşdırmalar. Bura həmçinin alkoqol, turşu yağışı, həşərat qırmaq üçün dərman, herbisid və ağır metallar da daxildir.
b. Ana və körpəni bir-birindən ayırma, məcburiyyət nəticəsində acizlikdən irəli gələn davranışla bağlı eksperimentlər.
c. Ağrının öyrənilməsi.
d. Yırtıcı və onurğalı heyvanların ov təcrübəsinin öyrənilməsi.
9) Bütün heyvanlar onlara əziyyət verilib-verilmədiyini göstərən əlamətlərə görə yoxlanılmalıdır. Əgər heyvanda hər hansı bir xəstəlik, gözlənilmədən çəkinin azalması, yaxud ölüm halı istər nəzarət, istərsə də eksperimental qrupda aşkar olunarsa, bu gözlənilməyən nəticə hökmən araşdırılmalı və hər hansı tibbi qayğının göstərilməsini müəyyən etmək üçün baytarla məsləhət olunmalıdır. Bu yoxlama işi sənədləşdirilməlidir. Əgər araşdırma səbəbindən xəstəlik, yaxud əziyyət baş verərsə eksperiment dərhal dayandırılmalıdır. Bura aşağıdakılar daxildir:
- Çəkinin azalması sıxıntının mühüm bir əlamətlərindən olduğundan yolverilən maksimum çəki azalması, yaxud istənilən eksperiment və ya nəzarət altında olan heyvan ilə müqayisədə artımın ləngiməsi 15%-dən çox olmamalıdır.
- İstər eksperimental, istərsə də nəzarət qrupları arasında gözlənilməz ölüm halları olarsa ölümün səbəbi mütləq təhqiq olunmalıdır. Əgər ölümə səbəb eksperimental qaydanın olduğu göstərilərsə, eksperiment dərhal dayandırılmalıdır. İstənilən qrup, yaxud alt qrupda 30% və ya bundan daha çox ölüm əmsalı yolverilməzdir və belə bir layihə müsabiqədən kənarlaşdırılır.
- Heyvanlarda əziyyət ilə bağlı olan digər kliniki əlamətlər aşkarlananda – ishal, proqressiv dermatit, cod tük örtüyü, donqarlaşmış qamət, letargiya, öskürək, ağır tənəffüs, burundan ifrazat, sarılıq və anemiya, nevroloji əlamətlər, qanaxma, özünütəhrik yolu ilə yaranan travma, qida qəbul etməmək, özünütəcrid və s.
10) Qida, yaxud maye məhdudiyyətinin olduğu eksperimental planın əsaslandırılması tələb olunur. Bu növ layihələr yoxlanılmalı, IACUC tərəfindən təsdiq olunmalı və mütəxəssis nəzarəti altında tədqiqat institutunda yerinə yetirilməlidir.
11) Səlahiyyətli vəhşi təbiət orqranı, yaxud digər tənzimləyici rəsmilərin təsdiqi olmadan vəhşi təbiətdə heyvanları tutmaq, yaxud onları təbiətdə buraxmaq olmaz. Balıqları vəhşi təbiətdən yalnız o halda götürmək olar ki, tədqiqatçı balıqları onlara heç bir zərər toxundurmadan buraxsın, müvafiq lisenziyası (xususi icazəsi) olsun və vətəgə ilə bağlı ştat və yerli qayda-qanunlara riayət etsin. Şagirdlərə elektrik buraxmaqla balıq tutmaq qadağandır.
12) Mütəxəssis Alim, yaxud Təyinatlı Nəzarətçi onurğalı heyvanlarla bağlı bütün tədqiqat işlərinə müşahidə məqsədi ilə bilavasitə nəzarət etməlidir.
13) SRC ilkin təsdiqindən sonra Tədqiqat Planına hər hansı bir dəyişiklik ilə bağlı təklif vermək istəyən şagird laboratoriya təcrübə-sınağından öncə və məlumatların toplanmasına başlamazdan əvvəl təkrar təsdiqlənmə prosesindən keçməlidir.
QEYD: Onurğalı heyvanlarla bağlı bəzi araşdırma növlərini evdə, məktəbdə, yaxud nəzarət olunmayan tədqiqat sahələrində aparmaq olar. Bununla belə digər araşdırmalar ixtisaslaşdırılmış tədqiqat institutunda aparılmalıdır. Onurğalı heyvanlara dair əlavə qaydalarla tanış olmaq üçün aşağıda A və B Bölmələrinə baxın.
Məlumat Mənbələri www.societyforscience.org/isef/rulesandguidelines saytında verilir.
A. Məktəbdə, evdə və sahədə yerinə yetirilən layihələrə dair əlavə Qaydalar
Onurğalı heyvanlara dair araşdırmaları evdə, məktəbdə, fermada, rançoda (fermer təsərrüfatında), sahədə və s. aparmaq olar. Bura daxildir:
- Təbii ətraf mühitdə heyvanlara dair araşdırma;
- Zooloji parklarda heyvanlara dair araşdırma;
- Standart kənd təsərrüfatı fəaliyyətlərinin yerinə yetirildiyi mal-qaraya dair araşdırmalar.
Sözügedən layihələr hökmən üzvlərindən biri ya baytar, ya öyrənilən növlər üzrə təlim keçmiş, ya da heyvanların qayğısına qalan təcrübəli bir şəxs olan SRC tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
1) Bu layihələrdə aşağıda verilən təlimatların HƏR İKİSİNƏ riayət olunmalıdır:
a. Tədqiqat işi heyvanlarla bağlı olaraq kənd təsərrüfatı, davranış, müşahidə, yaxud yem sahələrində aparılan tamamlanmış araşdırmadan ibarətdir.
VƏ
b. Araşdırma heyvanın səhhətinə mənfi təsir göstərməyən qeyri-invaziv və müdaxilə xarakterli olmayan metodlarından ibarətdir.
(Qeyd: Yuxarıdakı meyarlara cavab verməyən bütün araşdırmalar İxtisaslaşdırılmış Tədqiqat İnstitunda aparılmalıdır. Bölmə B-yə baxın).
2) Heyvanlarla yaxşı davranmaq və onların qayğısına qalmaq vacibdir. Heyvanlar təmiz, ventilyasiyalı, növlərin hər biri üçün uyğun standart tələblərə cavab verən rahat şəraitdə saxlanılmalıdır. Onlara davamlı olaraq təmiz su və yem verilməli, qəfəslər, ağıllar və balıqların hovuzları tez-tez təmizlənməlidir. Həftə sonları, tətil və məzuniyyət günləri də daxil olmaqla hər zaman onlara lazımi qayğı göstərilməli, sağlamlıqlarını qiymətləndirmək üçün onlara gündəlik nəzarət olunmalıdır. Təyinatlı Nəzarətçidən gündəlik olaraq heyvanların bəslənməsinə nəzarət etməsi tələb olunur. Aşağıdakı sənədlər heyvanlar üçün yer ilə bağlı qoyulan tələblər və onların bəslənməsinə dair əlavə məlumat verir:
- Heyvanların Sağlamlığına dair Federal Qanunvericilik;
- Laboratoriya Heyvanlarına Qayğı və Onlardan İstifadəyə dair Məlumat Kitabı;
- Kənd Təsərrüfatı Tədqiqatı və Təlimdə (Kənd Təsərrüfatı Məlumat Kitabı) Kənd Təsərrüfatı Heyvanlarına Qayğı və Onlardan İstifadə üzrə Məlumat Kitabı.
3) Elmi Ekspertiza Komitəsi heyvanlarla bağlı tədqiqat planını təsdiq edərkən baytarın nə zaman tələb olunduğunu müəyyən etməlidir. Bu iş sertifikasiya təcrübə–sınaqdan və SRC tərəfindən verilən ilkin zəruri təsdiqdən öncə həyata keçirilməlidir. Şagirdlərə heyvanlarla bağlı əlavə yemin, reseptli dərmanların qəbulu barədə məsləhətlər verilməlidir.
4) Gözlənilməz bir xəstəlik, yaxud fövqəladə hal baş verərsə, təsirə məruz qalmış heyvanlara baytar tərəfindən lazımi tibbi və digər qayğı göstərilməlidir. Təcrübə subyekti olan heyvanlarda gözlənilmədən çəki azalması, yaxud ölüm halı baş verərsə, tədqiqatçı şagird təcrübəni saxlamalıdır. Təcrübəyə yalnız o halda başlamaq olar ki, xəstəlik, yaxud ölüm ilə təcrübə prosedurları arasıdna əlaqə olmasın və buna səbəb olan amilləri aradan qaldırmaq üçün lazımi addımlar atılmış olsun.
5) Heyvanların yekun yerləşdirilməsi nəzərə alınmalı və Onurğalı Heyvanlara dair Forma (5A)-da izah olunmalıdır. Məktəbdə, evdə və sahədə aparılan layihədə toxumaların götürülməsi, yaxud patoloji təhlil üçün eftanaziyaya icazə verilmir.
6) Aşağıdakı Formalar tələb olunur:
- a. Yaşlı Sponsorun Yoxlama Cədvəli (1)
- b. Şagirdin Yoxlama Cədvəli (1A)
- c. Tədqiqat Planı
- d. Təsdiq Forması (1B)
- e. Onurğalı Heyvanlara dair Forma (5A)
- f. Mütəxəssis Alim Forması (2) - tələb olunduqda.
B. İxtisaslaşdırılmış Tədqiqat İnstitutunda aparılmış Layihələrə dair Əlavə Qaydalar
Bölmə A-da göstərilən meyarlara cavab verməyən bütün araşdırmalar ixtisaslaşdırılmış tədqiqat institutunda aparılmalıdır. İxtisaslaşdırılmış tədqiqat institutu müntəzəm qaydada USDA tərəfindən təftiş olunan və Heyvanların Sağlamlığı Aktında göstərilən heyvanlardan istifadə etmək üçün lisenziyası (xüsusi icazəsi) olan, həmçinin Əhalinin Sağlamlığına Xidmət Siyasətinin şərtlərini rəhbər tutulan tədqiqat və tədris institutudur. Bura eləcə də Milli Sağlamlıq İnstitutu, Əlillərin İşləri üzrə Tibb Mərkəzləri və Xəstəliklərlə Mübarizə Mərkəzləri kimi bütün federal laboratoriyalar da daxildir. Bundan əlavə Heyvanların Sağlamlıq Aktında əhatə olunmayan, bununla belə ABŞ federal qanunlarına müvafiq olaraq hazırlanmış operativ fəaliyyət göstərən Heyvanlara Qayğı və Onlardan İstifadə üzrə İnstitusional Komitə və proqramı olan əczaçılıq və bio-texnologiya şirkətləri, tədqiqat institutları da bu siyahıya daxildir.
(QEYD: Tədqiqat institutlarında peşəkarlar üçün icazəli sayılan bəzi tədqiqat işləri məktəbdınkənar tədqiqat aparan şagirdlər üçün uyğun hesab edilmir).
1) Heyvanlara Qayğı və Onlardan İstifadə üzrə İnstitusional Komitə (IACUC) təcrübə işinə başlanmazdan öncə şagirdlərin bütün tədqiqat layihələrini təsdiq etməlidir. Bu cür tədqiqat layihələri baş tədqiqatçının cavabdehliyi altında həyata keçirilməlidir. Yerli SRC, həmçinin tədqiqat layihəsinin ISEF Qaydaları ilə uyğunluq təşkil etdiyini təsdiq etmək üçün layihəyə baxış keçirməlidir. SRC tərəfindən aparılacaq bu yoxlama işi mümkün olarsa təcrübəyə başlamazdan öncə aparılmalıdır.
2) Təcrübənin sonunda toxumaların götürülməsi və patoloji təhlil üçün eftanaziya. Tədqiqatçı şagirdlərın eftanaziya üsullarından istifadə etməsi qadağandır. Eftanaziyanın bütün metodları ilə bağlı Amerika Baytarlarının Tibb Assosisiyasının hazırkı Təlimatlarına (AVMA) riayət etmək lazımdır.
3) Onurğalı heyvanlara ani, yaxud cüzi ağrı və əziyyətdən daha çox ağrı və əziyyyətə səbəb olan tədqiqat layihələrinin icrasına yalnız təsdiq olunmuş keyidici (anesteziyaedici), anelgetik (ağrıkəsən) dərman maddələri və ya trankvilizatorlar (sakitləşdirici dərmanlar) istifadə olunduğu təqdirdə icazə verilə bilər.
4) Qida çatışmazlığı ilə bağlı tədqiqat, yaxud qeyri-məlum təsirə malik maddə və ya dərmanların istifadə olunduğu tədqiqatlara heyvanın əziyyət çəkdiyinə dair kliniki əlamətlər müşahidə olunan həddə kimi icazə verilir. Çatışmazlığı, yaxud dərmanın təsirini təshih etmək üçün mümkün halda müvafiq tədbirlər görülməlidir. Mümkün olmadığı təqdirdə isə heyvanlar eftanaziya edilir.
5) Aşağıdakı formalar tələb olunur:
- a. Yaşlı Sponsorun yoxlama cədvəli (1)
- b. Şagirdin yoxlama cədvəli (1A)
- c. Tədqiqat planı
- d. Təsdiq forması (1B)
- e. İxtisaslaşdırılmış Tədqiqat İnstitutu Forması (1C)
- f. Onurğalı heyvanlara dair forma (5A)
- g. Mütəxəssis alim forması (2) - tələb olunduqda.
Təhlükə potensiallı bioloji agentlər
(mikroorqanizmlər, rDNA, insan və onurğalı heyvanların toxumalarından istifadəyə dair qaydalar daxildir)
Mikroorqanizmlər (o cümlədən bakteriyalar, viruslar, viroidlər, prionlar, riketsiyalar, göbələkciklər, parazitlər), rekombinant DNA (rDNA) texnologiyaları, yaxud insan və heyvan cəsədi və ya dondurulmuş toxumalarından, qan və bədən mayelərindən istifadə olunan layihələrdə təhlükə potensiallı bioloji agentlərlə işləməli ola bilərsiniz. İş şəraitinin təhlükəsizliyi təmin olunduqda və layihə aşağıda göstərilən şərt və qaydaları ödədikdə şagirdlərə təhlükə potensiallı bioloji agentlərdən istifadə olunan tədqiqat layihələrini həyata keçirməyə icazə verilir. Aşağıdakı qaydalar şagirdləri qorumaq, federal və beynəlxalq biotəhlükəsizlik qayda-qanunlarına riayət etməkdə onlara kömək məqsədilə işlənib-hazırlamışdır.
Təhlükə potensiallı bioloji agentlərlə təmasda işləyərkən bitki, heyvan və insanlara dəyə biləcək zərər, zədə, yaxud xəstəliyin potensial səviyyəsini müəyyən etmək üçün riskin qiymətləndirilməsini (Forma 6A) aparmaq və sənədləşdirmək işindən tədqiqat layihəsinə cəlb olunmuş şagird və bütün yaşlılar cavabdehlik daşıyır. Riskin qiymətləndirilməsində biotəhlükəsizliyin son həddi müəyyən olunur, daha sonra isə laboratoriya imkanları, avadanlıq, təlim və tədqiqat layihəsini davam etdirmək üçün zəruri nəzarət müəyyən olunur.
Mikroorqanizmlər, rekombinant DNA texnologiyaları, insan və ya heyvan cəsədi, dondurulmuş toxumalar, qan, yaxud bədən mayelərindən istifadə olunan bütün layihələrdə aşağıda göstərilən qaydalara və araşdırmadan asılı olaraq Bölmə A, B və ya C-də verilmiş əlavə qaydalara riayət etmək vacibdir.
TƏHLÜKƏ POTENSİALLI BİOLOJİ AGENTLƏRDƏN İBARƏT ARAŞDIRMALARA DAİR QAYDALAR
1). Aşağıdakı araşdırma növləri SRC tərəfindən keçirilən ilkin yoxlamadan azad edilir:
A. Əlavə heç bir forma tələb olunmur.
- Çörək bişirənin və dəmləyicinin istifadə etdiyi maya ilə bağlı (rDNA araşdırmalarında istifadəsi istisna olmaqla) araşdırmalar.
- Südü turşudan basil, Basil thurgensis, azot fiksə etmə, yağla bəslənən bakteriayalar, yosunla qidalanan bakteriyaların təbii mühitlərinə buraxıldığı araşdırmalar (Potensial çirklənmə ehtimalı olan Petri kasa şərtlərində becərilirsə yoxlamadan azad deyil).
- Kifin olduğuna dair ilkin ehtimal sübut olunduqda təcrübəyə son verilərək qida məhsullarının üzərində kif əmələ gələn araşdırmalar.
B. Riskin Qiymətləndirilməsi üzrə doldurulmuş Forma 3 tələb olunduğu hallarda:
- Protistlər, arxeylər və bənzər mikroorqanizmlərdən ibarət araşdırmalar.
- Kompostlama (qatışıq üzvi gübrə), yanacaq istehsalı, yaxud digər qeyri-kultura təcrübi məqsədləri üçün üzvi gübrə (peyindən) istifadə olunan araşadırmalar.
- Kommersiya məqsədli dəyişik rəngli bağırsaq çöpü suyu üçün sınaq dəstlər möhürlənmiş halda qalacaq və lazımi şəkildə istifadə olunacaq.
2) Təhlükə potensiallı mikroorqanizmlər (o cümlədən bakteriya, viruslar, viroidlər, prionlar, riketsiyalar, göbələkciklər, parazitlər), rekombinant DNA texnologiyaları, insan, yaxud heyvan cəsədi, dondurulmuş toxumalar, qan və ya bədən mayelərindən istifadəyə aşağıdakı şərt və qaydalar çərçivəsində icazə verilir. Bütün bu tədqiqat sahələrində təhlükə potensiallı bioloji agentlərdən istifadə oluna bilər, lakin bu yalda xüsusi ehtiyat tədbirlərinin görülməsini tələb olunur.
3) Müvafiq yoxlama və təsdiq komitəsi (SRC, IBC, IACUC) eksperimentə başlamazdan əvvəl bütün tədqiqatları təsdiqləməlidir. Tədqiqatçı şagird və layihəyə nəzarət edən yaşlı sponsor tərəfindən müəyyən olunmuş riskin ilkin qiymətləndirilməsi SRC tərəfindən təsdiq olunmalıdır.
4) Təhlükə potensiallı bioloji agentlərin yetişdirilməsi ilə bağlı eksperiment, hətta BSL-1 orqanizmlərindən isitfadə ev şəraitində qadağandır. Bununla belə biotəhlükəsizlik müvafiq səviyyədə təmin olunarsa və bioloji agentlər dərhal laboratoriyaya nəql edilərsə onların evdə toplanmasına icazə verilir.
5) (BSL-1) Biotəhlükəsizlik Səviyyəsində olduğu müəyyən edilən tədqiqat BSL-1, yaxud daha yüksək səviyyəli laboratoriyada həyata keçirilə bilər. Tədqiqata təlim görmüş Təyinatlı Nəzarətçi, yaxud Mütəxəssis Alim tərəfindən nəzarət həyata keçirilməlidir. Şagird standart mikrobiologiya təcrübəsi ilə bağlı lazımi təlim almalıdır.
6) (BSL-2) Biotəhlükəsizlik Səviyyəsində olduğu müəyyən edilən tədqiqat BSL-2 kimi qiymətləndirilmiş laboratoriyada, yaxud bundan daha yüksək (adətən ixtisaslaşdırılmış tədqiqat institutlarında rast gəlinən) səviyyəli laboratoriyada həyata KEÇİRİLMƏLİDİR. Tədqiqat Biotəhlükəsizlik üzrə İnstitusional Komitə (IBC) tərəfindən yoxlanılmalı və təsdiq olunmalı, yaxud insitutun nümayəndəsi tərəfindən tədiqata baxış keçirilməsinin tələb olunmadığına dair məktub alınmalıdır. Tədqiqata Mütəxəsiss Alim tərəfindən nəzarət olunmalıdır. Tədqiqatçı şagird ətraflı təlim keçməli, səriştə və bacarıqlarını nümayiş etdirməli və mikrobioloji prosedurları nəzarət altında həyata keçirməlidir.
7) Biotəhlükəsizliyin səviyyəsi 3 və ya 4 müəyyən olunmuş tədqiqatı aparmaq məktəbəqədər şagirdlər üçün qadağandır.
8) MRSA (Metisillin davamlı Staphylococcus aureus), VRE (Vancomycin-Resistant Enterococci) və KPC (Klebsiella pneumoniae) kimi məlum olan Laboratoriya araşdırmaları kulturaları IBC Komitəsi tərəfindən yoxlanılır, təsdiq edilir və sənədləşdirilərək İxtisaslaşdırılmış Tədqiqat İnstitutunda BSL-2 laboratoriyasında həyata keçirilməlidir.
9) Çoxsaylı antibiotik davamiyyətli genetik baxımdan bakteriyalar yetişidirmək üçün nəzərdə tutulan araşdırmalar qadağandır.
10) Antibiotikə davamlı orqanizmləri seçərkən və alt kulturalara ayırarkən son dərəcə ehtiyatla davranmaq lazımdır. Bu cür orqanizmlərdən istifadə etməklə aparılan araşdırmalar üçün ən azı BSL-2 mühafizəsi tələb olunur.
11) Təbii şəkildə rast gəlinən bitki patogenlərini (yetişdirməmək şərtilə) evdə öyrənmək olar, lakin ev, yaxud bağ mühitindən kənara çıxarmaq olmaz.
12) İnsan, yaxud heyvan ifrazatlarından kulturanın alınmasından bəhs edən araşdırmalar, o cümlədən axan suların şlamları, BSL-2 tədqiqatının bir hissəsi kimi qəbul edilir.
13) Təhlükə potensiallı bütün bioloji agentlər eksperimentin axırında biotəhlükəsizlik səviyyələrinə müvafiq olaraq zərərsizləşdirilməlidir. Aşağıda kulturası alınan materialların zərərsizləşdirilməsinə dair məqbul hesab edilən prosedurlar verilir: Autoklavda 121 selsi dərəcədə 20 dəqiqə müddətinə sterizilə olunması, 10%-li ağartma məhlulu (1:10 nisbətində yerli ağartma məhlulunun durulaşdırılması), yandırma, qələvəli hidroliz, biotəhlükəsiz maddələrin seçilməsi və digər istehsalçı ilə bağlı tövsiyələr.
14) SRC-nin ilkin təsdiqindən sonra Tədqiqat Planına şagird tərəfindən təklif olunan istənilən dəyişikliklər təcrübəyə başlamazdan və dəyişikliklər edilməmişdən öncə SRC, yaxud IBC tərəfindən yoxlanılmalı və təsdiq olunmalıdır.
15) Aşağıdakı formalar tələb olunur:
- a. Yaşlı Sponsorun Yoxlama Cədvəli (1), Şagirdin Yoxlama Cədvəli (1A), Tədqiqat Planı vəTəsdiq Forması (1B).
- b. İxtisaslaşdırılmış Tədqiqat İnstitutu Forması (1C) /tələb əsasında/.
- Mütəxəssis Alim Forması (2) /tələb əsasında/.
- d. Riskin Qiymətləndirilməsi (3) /tələb əsasında/.
- e. PHBA Riskin Qiymətləndirilməsi Forması (6A).
- f. İnsan və Onurğalı Heyvanların Toxumasına dair Forma (6B).
-toxuma və bədən mayelərinin olduğu bütün tədqiqatlara aiddir.
Məlumat Mənbələri 24-cü səhifədə və www.societyforscience.org/isef/rulesandguidelines saytında verilir.
A. Qeyri-məlum mikroorqanizmlərdən bəhs edən layihələrə dair Əlavə Qaydalar
Qeyri-məlum mikroorqanizmlərdən bəhs edən araşdırmalar qarşıya çətin vəzifə qoyur. Çünki mümkün agentlərin mövcudluğu, konsentrasiyası və patogenliyi bilinmir. Elm-sərgi layihələrində bu cür araşdırmalar səciyyəvi olaraq ətraf mühitdən (yəni, torpaq, yaşayış evlərinin işçi səthləri, dəri və s.) mikroorqanizmlərin toplanması və kulturalarının alınmasından ibarətdir.
1) Naməlum mikroorqanizmlər haqqında tədqiqat aşağıdakı şərtlərlə BSL-1 araşdırma kimi qəbul edilə bilər.
a) Orqanizmin plastmas Petri kasasında (yaxud digər sınmayan standart qabda) kulturası alınır və möhürlənir. Məqbul hesab edilən digər qoruma növünə ikiqat gücləndirilmiş (ciddi) iş rejimi üçün nəzərdə tutulan (2-qat) möhürlənmiş çantalar aiddir.
b) Eksperiment sadəcə prosedurlardan ibarətdir. Belə ki, burada Petri kasası bütün eksperiment boyunca möhürlü vəziyyətdə qalır (yəni, orqanizmlər, yaxud koloniyaların mövcudluğu sayılır).
c) Möhürlənmiş Petri kasası Təyinatlı Nəzarətçinin rəhbərliyi altında müvafiq qaydada istifadəyə açılır.
2) Kultura qabı istənilən bir məqsəd üçün açılıbsa (zərərsizləşdirmə üçün dezinfeksiya istisna olmaqla) BSL-2 araşdırma kimi qəbul olunmalı və BSL-2 laboratoriya prosedurları tətbiq olunmalıdır.
B. Rekombinant DNA (rDNA) Texnologiyalarından bəhs edən Layihələrə dair
Əlavə Qaydalar
rDNA texnologiyalarının istifadə olunduğu və mikroorqanizmlərin genetik cəhətdən dəyişdirildiyi araşdırmalar riskin səviyyəsini təyin etmək üçün qiymətləndirmək məqsədilə onların diqqətlə yoxlanılmasını zəruri edir. BSL-1 ali məktəb laboratoriyasında elmi biliklərə sahib SRC tərəfindən ilkin yoxlamadan keçməklə təhlükəsiz şəkildə aparılması mümkün bir neçə rDNA araşdırmaları var.
1) BSL-1 orqanizmləri və BSL-1 sahib vektor sistemlərinin istifadə olunduğu bütün rDNA texnologiya araşdırmalarını Mütəxəssis Alim, yaxud təlim görmüş Təyinatlı Nəzarətçinin rəhbərliyi altında BSL-1 laboratoriyasında aparmaq olar və eksperimentdən əvvəl SRC tərəfindən təsdiq olunmalıdır. Buna dair misallara DNA-nın E.coli K12 (bağırsaq çöpü), S.cerevesiae və B.subtilis sahib-vektor sisteməlrində klonlaşdırılması daxildir.
2) BSL-1 orqanizmlərindən və satışda mövcud olan rDNA-dan istifadə edilən tədqiqatı Mütəxəssis Alim və ya təlim keçmiş Təyinatlı Nəzarətçinin nəzarəti altında BSL-1 laboratoriyasında aparmaq olar və təcrübəyə başlamazdan əvvəl tədqiqat SRC tərəfindən təsdiq olunmalıdır.
3) Eksperiment zamanı BSL-2 agentləriə çevrilə bilən BSL-1 agentlərinin istifadə olunduğu rDNA texnologiya araşdırmaları bütövlükdə BSL-2 obyektində aid edilməlidir.
4) BSL-2 orqanizmləri və ya BSL-2 sahib-vektor sistemlərinin istifadə olunduğu bütün rDNA texnologiya araşdırmaları ixtisaslaşdırılmış tədqiqat institutunda aparılmalı və eksperimentdən öncə IBC tərəfindən təsdiq olunmalıdır.
5) Onkogenezlər, yaxud digər insan, bitki və heyvan toksinləri (o cümlədən viruslar) üçün DNA kodunun olduğu rekombinantların becərilməsi qadağandır.
C. Toxumalar və Bədən Mayeləri, o cümlədən Qan və Qan Məhsullarının istifadə olunduğu Layihələrə dair Əlavə Qaydalar
Təzə və dondurulmuş toxumalar, insan və onurğalı heyvanlardan götürülən qan, yaxud bədən mayeləri istifadə olunan araşdırmalarda xəstəliyə səbəb potensiallı mikroorqanizmlər ola bilər. Buna görə riskin qiymətləndirilməsi tələb olunur.
1) Aşağıda verilən toxuma növləri təhlükə potensiallı bioloji agentlər kimi qəbul edilməməlidir:
a. Bitki toxuması.
b. Kök salmış hüceyrə xətləri və toxuma kultura kolleksiyaları (məsələn, Amerika Növü Kultura Kolleksiyası). Kulturaların mənbəyi və ya kataloq nömrəsi Tədqiqat Planında göstərilməlidir.
c. Təzə və dondurulmuş ət, ət məhsulları; ərzaq dükanlarından, restoranlardan və konserv zavodlarından (ət kombinatlarından) alınmış pasterizə olunmuş süd, yaxud yumurta.
d. Saç.
e. Qanla daşınan hər hansı patogeni məhv etmək üçün sterilizə olunmuş dişlər. Kimyəvi dezinfeksiya, yaxud avtoklavda 121 selsi dərəcədə 20 dəqiqə müddətində sterizilə olunması tövsiyə olunan prosedurdur.
f. Köhnəlmiş toxumalar, yaxud arxeoloji növlər.
g. Hazırlanmış sabit toxuma.
2 Başqa bir məqsəd üçün eftanaziya edilmiş heyvandan əldə olunan toxumalar şagird layihələrində istifadə edilə bilər. Toxumaların əldə olunduğu heyvan araşdırması üçün IACUC təsdiqi sənədləşdirilməlidir.
3) Əgər heyvan yalnız şagird layihəsi üçün eftanaziya edilmişdirsə, araşdırma onurğalı heyvanlara dair layihə kimi nəzərə alınmalı və ixtisaslaşdırılmış tədqiqat institutunda aparılan araşdırmalarda onurğalı heyvanlara dair qaydalara əməl olunmalıdır. (Bax: onurğalı heyvanlara dair qaydalar).
4) Biotəhlükəsizlik səviyyəsi 1 olan toxuma araşdırmaları mikroorqanizmlərin mövcud olma ehtimalı aşağı olan, yoluxucu olmayan mənbədən götürülmüş təzə və dondurulmuş toxuma və ya bədən mayelərinin (qan, yaxud qan məhsulları bura daxil deyil. Bax: Qayda 5.) toplanmasından və yoxlanılmasından ibarətdir. Biotəhlükəsizlik səviyyəsi 1 olan araşdırmaları BSL-1 laboratoriyasında aparmaq olar və onlara Mütəxəssis Alim və yaxud təlim keçmiş Təyinatlı Nəzarətçi tərəfindən nəzarət həyata keçirilməlidir.
5) Biotəhlükəsizlik səviyyəsi 2 olan toxuma araşdırmalarında BSL-1, yaxud 2 məxsus mikroorqanizmlərin ola biləcəyi yeni və dondurulmuş toxumalar, yaxud bədən mayeləri toplanılır və yoxlanılır.
6) İnsan, yaxud vəhşi heyvanların qan və ya qan məhsulları ilə bağlı bütün araşdırmalar Biotəhlükəsizlik səviyyəsi 2 olan araşdırma kimi nəzərə alınmalı və Mütəxəssis Alimin nəzarəti altında BSL-2 laboratoriyada aparılmalıdır. Ev heyvanının qanının istifadə olunduğu bütün araşdırmalar BSL-1 səviyyəli araşdırma hesab edilə bilər. Bütün qan və qan məhsulları OSHA, 29 CFR, Alt Bölmə Z-də göstərilən standart və qaydalara müvafiq olaraq istifadə olunmalıdır. Özündə qanla yoluxan patogen (yəni, qan, qan məhsulları, sıxıldıqda qan buraxan toxumalar, qanla çirklənmiş alətlər) potensialı olan istənilən toxuma, yaxud alətlər eksperimentdən sonra lazımi qaydada zərərsizləşdirilməlidir.
7) HİV və Hepatit C-nin olmadığı təsdiq edilməmiş naməlum mənşəli ana südü və ev heyvanının pasterizə olunmamış südü BSL-2 hesab edilir.
8) BSL-3, yaxud 4-ə məxsus bioloji agentlərin daşıma ehtimalı olan bədən mayelərinin toplanılması və yoxlanılmasına dair araşdırma qadağandır.
9) İnsan bədəninə məxsus maye və nümunələrin konkret şəxs tərəfindən müəyyən olunması ilə bağlı araşdırmalara IRB tərəfindən baxış keçirilməli və məlumat əsaslı razılıq verilməlidir. Öz bədən mayelərindən istifadə edən tədqiqatçı şagirdlər bu tələbi yerinə yetirməkdən azaddırlar.
10) Kapilyar qanlardan fərdi olaraq ev şəraitində təhlil üçün (qlükometrin göstəricisi) nümunə götürmək olar.
11) Mövzusu embrionik sütun hüceyrələri olan araşdırmalar ixtisaslaşdırılmış tədqiqat institutunda aparılmalı (Embrionik Sütun Hüceyrələrinin Tədqiqinə Nəzarət), ESCRO Komitəsi tərəfindən baxılmalı və təsdiq olunmalıdır.
Riskin Qiymətləndirilməsi
(PHBA Riskin Qiymətləndirilməsi Formasını (6A) doldurmaq üçün bu məlumatlardan isitfadə edin)
Riskin qiymətləndirilməsi bioloji agentlərlə işləyərkən bitkilərə, heyvanlara və insanlara dəyə biləcək zərər, zədə, yaxud xəstəliyin potensial səviyyəsinin müəyyən olunmasıdır. Riskin qiymətləndirilməsində son nəticə yekun biotəhlükəsizlik səviyyəsinin təyin olunmasıdır ki, bundan sonra tədqiqat layihəsinin davam etməsi üçün zəruri laboratoriya şəraiti, avadanlıq, təlim və nəzarət işi müəyyən olunur.
Riskin qiymətləndirilməsinə aiddir:
- Risk qrupunda bioloji agentin təyin olunması
- Məlum mikroorqanizmdən bəhs edən araşdırmalara ilk öncə ədəbiyyat siyahısı axtarışı etməklə mövcud məlumatlara görə mikroorqanizmin biotəhlükəsizlik səviyyəsi üzrə risk qrupunun təyin olunması ilə başlanılmalıdır .
- Naməlum mikroorqanizmlərin öyrənilməsi və yeni toxumalardan istifadə edilməsi nəzərdə tutulan layihələr nəzarət edən müətəxəssis və yaşlı şəxslərin bilik və təcrübərinə əsaslanmalıdır.
- Eksperimentin yerinə yetirilməsi üçün tədqiqatçı şagirdə bioloji qorunma səviyyəsinin müəyyən olunması (daha ətraflı məlumat üçün aşağıda Bioloji Qorunma Səviyyələrinə baxın).
- Şagirdə nəzarət edən yaşlı (ların) təcrübə və biliklərinin qiymətləndirilməsi.
- Bioloji agentin risk qrupu, mövcud bioloji qorunmanın səviyyəsi və layihəyə nəzarət edəcək Mütəxəssis Alim, yaxud Təyinatlı Nəzarətçinin bilik və təcrübəsinə əsaslanmaqla araşdırmanın yekun biotəhlükəsizlik səviyyəsinin təyin olunması.
Əgər araşdırma (məktəb kimi) ixtisaslaşdırılmamış bir yerdə aparılırsa, biotəhlükəsizliyin son səviyyəsi SRC tərəfindən təsdiq olunur. Tədqiqat ixtisaslaşdırılmış bir yerdə aparılırsa, biotəhlükəsizliyin son səviyyəsi Biotəhlükəsizlik üzrə İnstitusional Komitə (IBC), yaxud buna bərabər tutulan təsdiqedici orqan, yaxud tədqiqat üçün yoxlamanın zəruri olmadığına institusional qurumun nümayəndəsindən əldə olunan məktuba əsasən təyin olunur. İxtisaslaşdırılmış sahədə heç bir təsdiqedici orqan yoxdursa, SRC layihəyə baxış keçirməli və biotəhlükəsizliyin yekun səviyyəni təyin etməlidir.
Bioloji Agentlərin Risk Qruplarının Təsnifatı
Bioloji agentlər, bitki və ya heyvanların biotəhlükəsizlik səviyyəsi üzrə risk qruplarına görə təsnif olunurlar. Bu təsnifatlar tədqiqat laboratoriyasında mövcud olan normal şərtlərə görə, yaxud diaqnostika və eksperimental məqsədlər üçün kiçik tutumlarda maddələrin yetişdirilməsinə əsasən müəyyən olunur.
BSL-1 risk qrupuna personal və ətraf mühit üçün aşağı risk ilə bağlı bioloji agentlər aiddir. Bu agentlərdən istifadə zamanı sağlam laboratoriya işçilərinin, heyvanların, yaxud bitkilərin xəstəliyə tutulma ehtimalı çox aşağıdır. Bu agentlər üçün Biotəhlükəsizlik Səviyyəsi 1 qorunma tələb olunur. BSL-1 orqanizmlərinə dair nümunələrə aiddir: Escherichia coli strain K12, Agrobacterium tumifaciens, Micrococcus leuteus, Neurospora crassa, Bacillus subtilis.
BSL-2 risk qrupuna personal və ətraf mühit üçün orta risklə bağlı bioloji agentlər aiddir. Əgər riskə məruz qalma laboratoriya şəraitində baş verərsə, yayılma riski məhdud olur və ciddi xəstəliklə nəticələnəcək infeksiyanın yayılması nadir halda baş verir. İnfeksiya yayıldı təqdirdə effektiv müalicə və profilaktik tədbirlər həyata keçirilir. Bu agentlər üçün Biotəhlükəsizlik Səviyyə 2 qorunma tələb olunur. BSL-2 orqanizmlərinə dair nümunələrə aiddir: Mycobacterium, Streptococcus pneumonia, Salmonella choleraesuis.
BSL-3 risk qrupuna, adətən (insan, heyvan, yaxud bitkilər) ciddi xəstəliyə səbəb olan, yaxud ağır iqtisadi fəsadlarla nəticələnə bilən bioloji agentlər aiddir - QADAĞANDIR.
BSL-4 risk qrupuna, adətən (insan, heyvan, yaxud bitkilər) çox ciddi xəstəlik törədən və adətən müalicəsi mümkün olmayan bioloji agentlər aiddir - QADAĞANDIR.
Bioloji Təhlükə Səviyyələri
Bioloji təhlükənin dörd səviyyəsi (Biotəhlükəsizlik Səviyyəsi 1-4) var. Hər bir səviyyəyə görə laboratoriya şəraiti, təhlükəsizlik avadanlıqları və laboratoriyada iş və üsullara dair qaydalar var.
BSL-1 təhlükəyə adi halda su-sınaq laboratoriyalarında, ali məktəblərdə və mikrobiologiyadan giriş dərsləri tədris edən kolleclərdə rast gəlinir. Bu zaman iş açıq uzun iş stolunda, yaxud sorucu şkafda aparılır. Laboratoriyada işləyərkən mikrobiologiya ilə bağlı standart təcrübələrdən istifadə olunur. Kimyəvi dezinfeksiyaedici vasitələrdən istifadə etməklə buxar sterilizatoru (avtoklav) ilə çirklənmənin qarşısını almaq (zərərsizləşdirmək) olar. Laboratoriya işinə mikrobiologiya, yaxud əlaqədar elm sahəsində ümumi təlim keçmiş bir şəxs tərəfindən nəzarət olunur.
BSL-2 təhlükə insanlara və ətraf mühitə risk səviyyəsi cüzi olan agentlərlə işləyərkən təhlükəsizliyi gücləndirmək məqsədləri üçün nəzərdə tutulur. Bu zaman laboratoriyaya giriş qadağan olunur. Laminar şkaflar (boks) (2-ci Sinif, A Kateqoriya, BSC) təmin olunmalıdır. Tullantı materialları zərərsizləşdirmək üçün avtoklav əvvəlcədən mövcud olmalıdır. Laboratoriya xalatları, əlcəklər və üzün qorunması tələb olunur. Laboratoriya işinə sözügedən maddələrlə işləyərkən risk səviyyəsini başa düşən səriştəli alim tərəfindən nəzarət həyata keçirilməlidir.
BSL-3 təhlükə inqalyasiya (nəfəs alma) nəticəsində ağır, yaxud potensial öldürücü xəstəliklərə səbəb ola biləcək infeksion maddələr üçün tələb olunur. QADAĞANDIR.
BSL-4 təhlükə həyat üçün təhlükəli xəstəlik törədə biləcək yüksək risk ifadə edən təhlükəli və ekzotik maddələr üçün tələb olunur. QADAĞANDIR.
TƏHLÜKƏLİ KİMYƏVİ MADDƏLƏR, İŞLƏR VƏ YAXUD AVADANLIQLAR
DEA - nəzarətli maddələr, reseptli dərmanlar, alkoqol və tütün, odlu silahlar və partlayıcı maddələr, şüalanma, lazerlər və s.)
Aşağıdakı qaydalar təhlükəli kimyəvi maddələr, avadanlıq və işlərdən istifadə olunan tədqiqatlar zamanı tətbiq olunur. Qaydalar yerli, ştat, ölkə və ya beynəlxalq hüquqla tənzimlənən, çox vaxt DEA nəzarətli maddələr, reseptli dərmanlar, alkoqol və tütün, odlu silahlar və partlayıcı maddələr kimi azyaşlılar tərəfindən istifadəsi qadağan olunan maddə və avadanlıqları ehtiva edir. Təhlükəli fəaliyyətlərə şagirdlərin gündəlik həyatda rastlaşdıqlarından yuxarı olan risk səviyyəlli işlər aiddir.
Bu qaydalar lazımi nəzarət işinin həyata keçirildiyini və müvafiq təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsi istiqamətində bütün potensial risklərin nəzərə alındığını təmin etməklə tədqiqatçı şagirdi qorumaq üçün nəzərdə tutulur. Təhlükəli kimyəvi maddələr və avadanlıqlardan istifadə olunduğu tədqiqat işinə başlamazdan əvvəl məktəbiniz, yerli, yaxud regional sərgi ilə əlaqə saxlayaraq daha ciddi qayda və təlimatların qüvvədə olduğunu hökmən öyrənin.
Təhlükəli Kimyəvi Maddələr, Fəaliyyətlər və Avadanlıqlar ilə bağlı Layihələrə dair Qaydalar
1) Kimyəvi təhlükəli maddələr və avadanlıqlardan istifadə, təhlükəli fəaliyyətlərlə məşğul olmaq, Mütəxəssis Alim tərəfindən nəzarət olunmasını tələb edən DEA nəzarətli maddələrin istifadə olunduğu işlər istisna olmaqla, Təyinatlı Nəzarətçinin bilavasitə nəzarətini zəruri edir.
2) Tədqiqatçı şagird Təyinatlı Nəzarətçi, yaxud Mütəxəssis Alimlə birgə eksperimentdən öncə riskin qiymətləndirilməsini aparmalıdır. Əlaqədar riskin qiymətləndirilməsi Riskin Qiymətləndirilməsi Formasında (3) sənədləşdirilir.
3) Tədqiqatçı şagirdlər bütün yerli, ştat, ABŞ-ın federal və ölkə qanunlarına uyğun olaraq nəzarətli maddələr əldə etməli və istifadə etməlidir. Bu qanunlar və qaydalarla bağlı daha ətraflı məlumat əldə etmək üçün müvafiq tənzimləyici orqanlarla əlaqə saxlayın.
4) Federal, yaxud Ştatın İcazəsinin tələb olunduğu bütün kimyəvi maddələr, avadanlıq, yaxud fəaliyyətlər üçün şagird, yaxud nəzarətçi eksperimentə başlamamışdan öncə icazə almalıdır. İcazənin bir nüsxəsi layihəyə nəzarət edən yaşlılar tərəfindən baxış keçirilməsi, yaxud müsabiqədən öncə yoxlamaq üçün Elmi Ekspertiza Komitəsinə təqdim olunmalıdır.
5) Tədqiqatçı şagird eksperimentin ətraf mühitə təsirini minimuma endirəcək-məsələn, mütərəqqi laboratoriya üsullarına müvafiq olaraq nəticə etiabrilə ekoloji baxımdan təhlükəsiz qaydada zərərsizləşdirilməli minimal miqdarda kimyəvi maddələrdən istifadə etməklə - eksperimentlər hazırlamalıdır.
6) Aşağıdakı formalar tələb olunur:
- a. Yaşlı Sponsorun Yoxlama Cədvəli (1).
- b. Şagirdin Yoxlama Cədvəli (1A).
- c. Tədqiqat Planı.
- d. Təsdiq Forması (1B).
- e. Nəzarətli Tədqiqat İnstitutu Forması (1C) /tələb əsasında/.
- f. Mütəxəssis Alim Forması (2) /tələb əsasında/.
- g. Riskin qiymətləndirilməsi Forması (3).
Məlumat Mənbələri 24-cü səhifədə və www.societyforscience.org/isef/rulesandguidelines saytında verilir.
Xüsusi Nəzarətdə olan Maddələrə dair Əlavə Qaydalar
Aşağıda nəzarət olunan maddələrlə bağlı əlavə qaydalar verilir:
A. DEA - nəzarətli maddələr.
B. Reseptli dərmanlar.
C. Alkoqol və Tütün.
D. Odlu silahlar və partlayıcı maddələr.
A. DEA - nəzarətdə olan maddələr
ABŞ-ın Dərmanlara Nəzarət İdarəsi (DEA) qeyri-qanuni dərmanlar hazırlamaq üçün normal istifadədən yayındırılması mümkün bir sıra kimyəvi maddələrə nəzarət edir. Digər ölkələrdə də buna bənzər tənzimləyici orqanlar ola bilər. ABŞ-dan xaricdə olan şagirdlər DEA normativləri haqqında biliklərə əlavə olaraq öz ölkələrində olan dərmanlara nəzarət agentliyi ilə məsləhətləşməlidirlər. DEA nəzarətində olan maddələr və onların standart cədvəl nömrəsi ilə bu bölmənin axırında Məlumat Mənbələrində siyahısı verilən DEA veb-saytında tanış ola bilərsiniz. Əgər şagird layihədə istifadə olunan kimyəvi maddələrin DEA nəzarətində olub-olmamadığını dəqiq bilmirsə DEA nəzarətində olan maddələrin siyahısına müraciət etməlidir.
1) DEA nəzarətində olan maddələrin istifadə olunduğu bütün araşdırmalara nəzarət olunan maddələrdən istifadə üzrə DEA (yaxud digər müvafiq beynəlxalq tənzimləyici orqan) tərəfindən verilən lisenziyası (xüsusi icazəsi) olan Mütəxəssis Alim tərəfindən nəzarət olunmalıdır.
2) DEA Cədvəl 1-də verilən maddələrin istifadə olunduğu bütün araşdırmalar üçün tədqiqat işinə başlamazdan əvvəl DEA tərəfindən təsdiq olunmuş tədqiqat protokolu olmalıdır. Cədvəl 2, 3 və 4-də verilən maddələr üçün DEA tərəfindən protokolun təsdiq olunması tələb olunmur.
B. Reseptli dərmanlar
Reseptli dərmanlar federal, yaxud ştat qanunları ilə tənzimlənən, təhlükəli məqsədlər üçün istifadə oluna bilən və yalnız aptek vasitəsilə alınan dərmanlardır. Müəyyən bir elmi layihə üçün onlardan istifadə zamanı xüsusi ehtiyat tədbirləri görülməlidir.
1) Şagirdlərin insanlara reseptli dərman təyin etməsi qadağandır.
2) Onurğalı heyvanlar üçün hər hansı reseptli dərmanın təyin olunması onurğalı heyvanlara dair bütün müvafiq qayda və təlimatlara əsasən yerinə yetirilməlidir. Baytarın iştirakı zəruridir.
C. Alkoqol və Tütün
ABŞ-da Alkoqol və Tütün Vergisi, Ticarət Bürosu (TTB) alkoqol istehsalını, alkoqol və tütün məmulatlarının paylanmasını tənzimləyir. Bu cür məhsulların bir çoxunun satışı, əldə olunması və istifadəsi ilə bağlı yaş məhdudiyyəti vardır. Digər ölkələrdə yaşayan şagirdlər bundan əlavə özlərinin yerli və ölkə qayda-qanunlarına riayət edirlər.
Təyinatlı Nəzarətçi araşdırmada istifadə olunan alkoqol, yaxud tütünün əldə olunması, istifadəsi və lazımi şəkildə zərərsizləşdirilməsinə görə cavabdehlik daşıyır.
1) Etil spirtinin istehsalına valideynlərin nəzarəti altında icazə verilir və bu iş ölkədə mövcud olan TBB-nin istehsal normativlərinə cavab verməlidir.
2) Etil spirtinin az bir miqdarda istehsal olunduğu mayalandırma araşdırmalarına icazə verilir.
3) Şagirdlərə yanacaq, yaxud digər qeyri-istehlak məqsədli məhsulların hazırlanması üçün spirtin distilləsindən ibarət elm-sərgi eksperimentləri aparmalarına icazə verilir. Bununla belə sözügedən iş məktəbdə yerinə yetirilməli və məktəb rəhbərliyi tərəfindən TTB-nin icazəsi alınmalıdır. Proseslə bağlı təfsilatlar ilə Alkoqol və Tütün Vergisi, Ticarət Bürosu (TTB) veb-saytında tanış ola bilərsiniz.
D. Odlu silahlar və partlayıcı maddələr
ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələr üzrə Bürosu (ATF) ştat agentlikləri ilə birgə odlu silahların və partlayıcı maddələrin əldə olunmasını tənzimləyir. Odlu silah barıt vasitəsilə güllənin atıldığı kiçik kalibrli silahdır. Başlıca məqsədi partlatma yolu ilə işləyən hər hansı kimyəvi birləşmə, qarışıq, yaxud cihaz partlayıcı maddədir. Partlayıcı maddələrə həmçinin dinamit, qara barıt, qırma-barıt, detonatorlar və alışdırıcı aiddir.
Azyaşlılar tərəfindən odlu silahın əldə olunması ümumiyyətlə, qanunsuzdur. Ştatın müvafiq sertifikasiyası olmadan odlu silahadan istifadə qeyri-qanunidir. Şagirdlər ayrı-ayrı ştatlar və ölkələrdə təlim və sertifikasiya ilə bağlı tələblərlə tanış olmalıdırlar.
- Təyinatlı Nəzarətçinin bilavasitə nəzarəti ilə həyata keçirildikdə və bütün federal, ştat və yerli qanunlara müvafiq olduqda, odlu silah və partlayıcı maddələrdən istifadə edilən layihələrə icazə verilir.
- Tam quraşdırılmış raket mühərriki, təkrar yüklənmə üçün alətlər dəsti, yaxud 62,5 qram raket yanacağından daha çox yanacaq modulları üçün partlayıcı maddələrə dair federal qayda-qanunlarına və digər tələblərinə əsasən icazə alınmalıdır.
Qeyd: Kartof atan top, yaxud boya-rəng tapançası silah kimi istifadəsi nəzərdə tutulmadığı təqdirdə odlu silah hesab edilmir. Onlar təhlükəli cihazlar kimi qəbul edilməlidir.
Riskin Qiymətləndirilməsinə dair Göstərişlər
Aşağıdakılardan istifadə edilərkən riskin qiymətləndirilməsinə dair göstərişlər verilir:
A. Təhlükəli kimyəvi maddələr.
B. Təhlükəli cihazlar.
C. Şüalanma.
A. Təhlükəli kimyəvi maddələr
Kimyəvi maddələr üçün riskin lazımi şəkildə qiymətləndirilməsi zamanı toksiklik həddi, reaktivlik, alışma, yaxud korroziyaya uğrama qabiliyyəti aid edilir.
Toksiklik - nəfəs aldıqda, udduqda, iynə ilə vurulduqda, yaxud dəri ilə təmasda olarkən sağlamlıq üçün təhlükəli olan kimyəvi maddə.
Reaktivlik - kimyəvi maddənin kimyəvi dəyişikliyə məruz qalma tendensiyası.
Alışma qabiliyyəti - normal iş şəraitində istifadə olunduqda dərhal alışan kimyəvi maddənin buxarı azad etmə tendensiyası.
Korroziyaya uğrama qabiliyyəti - kimyəvi maddə ilə fiziki əlaqə yarandıqda canlı toxumalara və ya fiziki avadanlığa zərər vermə, yaxud onları məhv etmə tendensiyası.
Riskin qiymətləndirilməsini həyata keçirərkən kimyəvi maddəyə məruz qalmanın növü və miqdarı mütləq nəzərə alınmalıdır. Məsələn, hər hansı bir şəxsin allergiyaya meyilli olması və genetik təbiəti kimyəvi maddənin göstərə biləcəyi ümumi nəticəyə təsir edə bilər. Tədqiqatçı şagird təhlükəsizlik məqsədi ilə müvafiq ehtiyat tədbirlərinin yerinə yetirilməsini təmin etmək üçün Materialların Təhlükəsizliyinə dair Məlumat Vərəqinə (MSDS) baxmalıdır. Bəzi MSDS vərəqlərində (məsələn, Flinn) təhlükənin dərəcəsi kimyəvi maddə ilə əlaqəsinə görə təyin olunur. Bu cür qiymətləndirmə şagirdlərə və yaşlı sponsorlara kimyəvi maddənin istifadəsi ilə bağlı riski müəyyən etməyə kömək edə bilər.
Riskin qiymətləndirilməsi işinə eksperiment zamanı istifadə olunan kimyəvi maddələrə dair müvafiq zərərsizləşdirmə metodları daxil edilməlidir. Flinn Kataloqunda (Resurs Bölməsində istinad verilib) kimyəvi maddələrin lazımi qaydada zərərsizləşdirilməsi üçün geniş məlumat verilir.
Ekoloji Kimya - Ekoloji (“Yaşıl”) kimyanın qarşıya qoyduğu məqsəd kimyəvi proses zamanı təhlükəli maddələrdən istifadə, yaxud bunların istehsalına yol verməməkdir. Yaşıl kimyanın prinsipləri haqqında Məlumat Mənbələri bölməsində EPA veb-saytında məlumat verilir. Mümkün olduğu təqdirdə aşağıdakı prinsiplər tədqiqat planına əlavə olunmalıdır.
- Tullantının qarşısının alınması
- Daha təhlükəsiz kimyəvi maddə və məhsulların istifadəsi
- Nisbətən az təhlükəli kimyəvi sintezin hazırlanması
- Yenilənən materialların istifadəsi
- Katalistlərin istifadə olunması
- Daha təhlükəsiz həll edici (solvent) və reaksiya şərtlərinin tətbiqi
- Enerjidən səmərəli istifadənin artırılması
- Qəza ehtimalının minimuma endirilməsi.
B. Təhlükəli Cihazlar
Riskin qiymətləndirilməsinin (Forma 3) sənədləşdirilməsi tədqiqatçı şagirdlərin potensial təhlükəli, təhlükəli avadanlıq və digər cihazlardan təhlükəsiz istifadəni təmin etmək məqsədi ilə orta-yüksək səviyyədə bilik və təcrübənin olmasını tələb edən qapalı, yaxud açıq laboratoriya şəraitində işlədiyi halda tələb olunur. Geniş istifadə olunan bəzi cihazlarla (Bunzen yandırıcısı (odluq), elektrik plitə, mişar və s.) tədqiqatçı şagirdin iş təcrübəsi olduğu nəzərə alınsa riskin qiymətləndirilməsinin sənədləşdirilməsi tələb olunmaya da bilər. Yüksək vakuum əldə etmək üçün texnika, qızdırıcı yağ (neft) vannası, MMR avadanlığı və termik sobalar üçün riskin qiymətləndirilməsinin sənədləşdirilməsi hökmən lazımdır. Şagirdlər tərəfindən hazırlanmış bütün ixtiralar üçün həmçinin riskin qiymətləndirilməsi sənədinin təmin olunması tövsiyə olunur.
C. Şüalanma
Şagird qeyri-ionlaşdırıcı radiasiyadan gündəlik həyatda rast gəlmədiyi hallarda riskin qiymətləndirilməsi aparılmalıdır. Qeyri-ionlaşdırıcı radiasiyaya ultrabənövşəyi spektr (UV), görünən işıq, infraqırmızı (IR), mikrodalğa (MW), radiotezlik (RF) və son dərəcə aşağı tezlik daxildir. Lazer vasitəsilə adətən görünən, ultrabənövşəyi yaxud infraqırmızı şüa buraxılır. Lazerlər təhlükəsizliyinə görə dörd kateqoriya müəyyənləşdirilib. İstehsalçılardan II-IV Sinif lazerlərinin qeyd edilməsi tələb olunur.
- I Sinif lazerlərə CD pleyer, lazer printerləri, geoloji tədqiqat avadanlığı və bəzi laboratoriya avadanlıqlarında rast gəlinir. I Sinif lazerdən istifadə ilə bağlı olan risk yoxdur.
- II Sinif lazerlərə lazer göstəricilər, tuşlayıcı və məsafəölçən aparatlarda rast gəlinir və uzun müddət ərzində şüa birbaşa göstərildikdə risk yaranır.
- III Sinif lazerlərə yüksək enerji ilə işləyən lazer göstəriciləri, printerlər və spektrometrlərdə rast gəlinir. Bunlar şüa hətta qısa bir müddət üçün birbaşa göstərildikdə gözün zədələməsinə səbəb ola biləcək təhlükəli cihazlar kimi qəbul edilməlidir.
- IV Sinif lazerlər cərrahiyyə, tədqiqat və sənaye şəraitində istifadə olunan yüksək enerji ilə işləyən lazerlərdir. Bunlar son dərəcə təhlükəli olaraq həm birbaşa, həm də dolayı şüaya məruz qaldıqda gözün və dərinin zədələnməsinə səbəb ola bilər. Şüanın həmçinin yanğın təhlükəsi var.
Radionuklidlərin (radioizotopların) və X-şüalarının istifadə olunduğu layihələrdə tədqiqatla bağlı risklər diqqətlə yoxlanılmalıdır. Bu mənbələrdən buraxılan şüalanma şüaya məruz qalmanın səviyyəsindən asılı olaraq sağlamlıq üçün təhlükəli ola bilər. Tədqiqat institutlarının əksəriyyətində ionlaşdırıcı radiasiyanın istifadəsinə nəzarət edən, onların dövlət və federal qanularına uyğunluğunu təmin edən Radiasiya Təhlükəsizliyi İdarəsi var.
Əlavə Məlumat Mənbələri 26-cı səhifədə və www.societyforscience.org/isef/rulesandguidelines saytında verilir.
Intel ISEF-in Nümayiş və Təhlükəsizlik Normaları
Intel ISEF-in Nümayiş və Təhlükəsizlik Normalarına dair hər hansı sual yarandıqda Nümayiş və Təhlükəsizlik Komitəsinin sədri John O.Cole ilə Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. e-mail ünvanında əlaqə saxlaya bilərsiniz.
Ümumi Tələblər
Intel ISEF-in Nümayiş və Təhlükəsizlik Komitəsi Intel ISEF müsabiqəsində iştirak etmək üçün SRC tərəfindən təsdiq olunmuş layihələrin nümayiş etdirilməsi və təhlükəsizlik məsələləri ilə bağlı yekun qərarverici orqandır. Vaxtaşırı Intel ISEF-in Nümayiş və Təhlükəsizlik Komitəsi layihələrin nümayiş etdirilməsi və təhlükəsizlik normalarına uyğun olması üçün şagirdlərdən aşağıdakıların yoxlanılmasını tələb edə bilər.
Layihənin Maksimal Ölçüləri:
Dərinlik (öndən arxaya): 30 düym, yaxud 76 sm
En (yandan yana): 48 düym, yaxud 122 sm
Hündürlük (döşəmədən yuxarıya): 108 düym, yaxud 274 sm
Intel ISEF-də sərgidə verilən stolların hündürlüyü 36 düymdən (91 sm) yuxarı olmur.
Layihə ölçülərinə bütün layihə materialları, dayaqlar, əhali və münsiflər üçün nümayişlər də daxildir. Stol istifadə olunduqda o, layihənin bir hissəsini təşkil edir və onun ölçüləri, yaxud stolla birlikdə layihənin hissələrinin ölçüləri yolverilən normaları aşmamalıdır.
Intel ISEF-də Finalçı tərəfindən nümayiş etdiriləcək müəyyən bir komponenti olan layihə yalnız Finalçının stendi hüdudunda nümayiş etdirilməlidir. Nümayiş etdirilmədikdə layihə ilə birlikdə komponent yolverilən ölçüləri aşmamalıdır. Nümayişlərdə mayedən istifadəyə icazə verilmir.
Layihənin Yerləşdirilməsi
Stol, yaxud sərbəst duran ekran sərgiyə paralel arxa pərdənin yanında yerləşdirilməlidir.
Intel ISEF-də Şaquli şəkildə Nümayiş Etdirillən Formalar
Qeyd: Şaquli şəkildə nümayiş etdirilən aşağıdakı sənədlər üçün şüşədən istifadə etmək olmaz:
- Rəsmi Annotasiya və Sertifikasiyanın Intel ISEF-in Elmi Ekspertiza Komitəsi tərəfindən təsdiq olunmuş, möhürlənmiş və ya cizgisi verilmiş əsli.
- Intel ISEF üçün Layihə Tərtibatının tamamlanmış Təsdiq Forması SRC/DS2 (Sərgidə yerində qəbul edilir)
- İxtisaslaşdırılmış Tədqiqat İnstitutu və Sənaye Tətbiqi üçün Forma (1C) - tələb əsasında;
- Layihələrin Davametmə Forması (7) - tələb əsasında
- Nəşr olunmuş fotoşəkil və surətlərin mənbəyini təsdiq edən qeyd.
Layihə üçün tələb olunan, lakin Intel ISEF-də nümayiş etdirilməyən formalar
Yaşlı Sponsorun Yoxlama Cədvəli (1), Şagirdin Yoxlama Cədvəli (1A), Tədqiqat Planı, Təsdiq Forması (1B) kimi formalar, həmçinin Elmi Ekspertiza Komitəsi tərəfindən layihənin təsdiqi üçün tələb olunan digər formalar layihənin tərkib hissəsi olaraq nümayiş etdirilmir. Lakin ehtiyac yarandıqda, münsif, yaxud ISEF-in digər bir rəsmisi tərəfindən adı çəkilən formalar tələb olunduqda onların stenddə olması vacibdir. Məlumatlı razılıqlar məxfi xarakter daşıyır və nümayiş etdirilmir. İnsan iştirakçı tərəfindən imzalanmış şəkil, yaxud video reliz forması layihənin tərkib hissəsi kimi nümayiş olunan insanların (Finalçıdan başqa) vizual surətləri kimi tələb olunur.
Intel ISEF-in Çap Materialları və Rəsmi Annotasiya və Sertifikasiyası
“Rəsmi annotasiya və sertifikasiya” Intel ISEF-in Elmi Ekspertiza Komitəsi tərəfindən möhürlənmiş, DƏYİŞİKLİK EDİLMƏMİŞ orijinal annotasiya və sertifikasiyaya deyilir. Əgər Elmi Ekspertiza Komitəsi qeydiyyat sənədləri ilə birgə verilmiş annotasiya və sertifikasiyaya dəyişiklik edilməsini tələb etdikdə, yoxlanılmış yeni versiya möhürlənir və ya möhürün cizgisi vurulur və bu sənəd əvvəlki versiyanı əvəz edərək Finalçının rəsmi annotasiya və sertifikasiyası hesab olunur.
Layihənin bütün mərhələlərində nümayiş etdirilməsinə icazə verilən yeganə annotasiya rəsmi annotasiyadır. Finalçının ekranında və layihə materiallarında rəsmi annotasiyanı nümayiş etdirmək üçün istifadə olunan “annotasiya” termini başlıq, yaxud digər məlumata isnad kimi istifadə edilə bilməz.
Möhürlənmiş orijinal annotasiya və sertifikasiya sərgi stendində, yaxud layihənin yanında şaquli vəziyyətdə görünməlidir. Münsiflərə və ictimaiyyətə rəsmi annotasiya və sertifikasiyanın DƏYİŞİKLİK EDİLMƏMİŞ fotonüsxələri verilməlidir.
Layihə, yaxud Sərgi Stendində Nümayişinə İcazə Verilməyənlər
- Canlı orqanizmlər, o cümlədən bitkilər;
- Birdəfəlik akrilik plitənin içərisinə yerləşdirilmiş torpaq, qum, daş və tullantı nümunələri;
- Heyvanların müqəvva nümunələri, yaxud hissələri;
- Qorunmuş onurğalı və ya onurğasız heyvanlar;
- İnsan və heyvan yemi;
- İnsan və heyvan üzvləri, yaxud bədən mayeləri (məsələn, qan və sidik);
- Xam, emal və ya istehsal olunmamış vəziyyətdə bitki materialları (canlı, ölü, yaxud qorunmuş) (İstisna: layihə, yaxud Ekranın inşasında istifadə olunan inşaat materialları);
- Bütün kimyəvi maddələr, o cümlədən su (layihələrdə nümayişində sudan istifadə etmək olmaz);
- Bütün təhlükəli maddələr və ya cihazlar (o cümlədən, zəhərlər, dərmanlar, odlu silahlar, silahlar, silah-sursat, təkrar yüklənən cihazlar, lazerlər). “Layihəyə, yaxud Sərgi-Stendə burada qeyd olunan məhdudiyyətlərlə gətirilməsinə İCAZƏ VERİLƏN” adlı bölmədə 5-ci Paraqrafda göstərilir);
- Quru buz, yaxud digər sublimasiya olunan bərk cisimlər;
- İti uclu əşyalar (məsələn, şpris, iynə, pipet, bıçaq);
- Üstü açıq batareya elementləri;
- Mükafatlar, medallar, biznes kartlar, bayraqlar, loqolar, CD-lər, DVD-lər, fleş kartlar, broşür, buklet, attestasiyalar, yaxud təşəkkürlər; burada sadalanan əşya(lar) layihənin tərkib hissəsi olduqda istisna təşkil edir (məsələn, Intel ISEF-in keçmiş və hazırkı medallarını hər zaman taxmaq olar);
- Cərrahiyyə metodları, meyitin yarılması, autopsiya, yaxud digər laboratoriya prosedurlarında onurğalı heyvanlar haqqında məlumat verən digər vizual prezentasyalar və şəkillər;
- Finalçının poçt ünvanları, internet, e-poçt ünvanları, telefon və faks nömrələri;
- Intel ISEF-də layihəni nümayiş etdirmək üçün aktiv Internet və ya e-poçt bağlantıları;
- Şaquli sərgi stendində əvvəlki illərə aid yazılı material, yaxud vizual təsvirlər (istisna: Finalçının sərgi-stendində nümayiş etdirilən layihə başlığında illər, yaxud layihənin aid olduğu il qeyd oluna bilər /məsələn, “Davam edən araşdırmanın ikinci ili/). Davam edən Layihə Forması (7) şaquli vəzuyyətdə nümayiş etdirilməlidir.
- Şüşə və şüşə əşyalar (istisna: Nümayiş və Təhlükəsizlik Komitəsi tərəfindən layihənin ayrılmaz tərkib və zəruri hissəsi kimi qəbul edən, məsələn, kompüter ekranı kimi kommersiya məhsulunun tərkib hissəsi olan şüşə).
- Elmi Ekspertiza Komitəsi, Nümayiş və Təhlükəsizlik Komitəsi, yaxud Elm və Xalq naminə Cəmiyyət tərəfindən təhlükəli sayılan avadanlıq (məsələn, böyük vakuum boruları, yaxud şüa buraxan təhlükəli cihazlar, əvvəllər içərisində yanar maye, yaxud qaz olan boş çənlər, təzyiqli çən).
Layihəyə, yaxud Sərgi Stendində məhdudiyyətlərlə gətirilməsinə İCAZƏ VERİLƏN əşyalar
1. Hər hansı şəkil, vizual surət, diaqram, cədvəl və ya qrafik;
- Elmi Ekspertiza Komitəsi, Nümayiş və Təhlükəsizlik Komitəsi, Elm və Xalq naminə Cəmiyyət tərəfindən təhqiramiz, yaxud yersiz hesab edildikdə (Çox vaxt vizual baxımdan təhqiramiz şəkillər, surətlərdə onurğalı, yaxud onurğasız heyvanlar və insanlar qeyri-münasib vəziyyətdə göstərilir). Yuxarıda adı çəkilən qurumların hər hansı birinin qərarı həlledici sayılır.
- Müəllifin soyadının verildiyi sətirdə “Şəkil filankəs tərəfindən çəkilmişdir...”, yaxud “Surət filan yerdən götürülüb...”, yaxud “Qrafik, diaqram, yaxud cədvəl filan mənbədən götürülüb...” (Əgər nümayiş etdirilən bütün surətlər və s. Finalçı tərəfindən çəkilibsə və ya hazırlanıbsa, yaxud mənbəyi eynidirsə, nəzərə çarpacaq və şaquli şəkildə müəllifin soyadının yazıldığı bir sətir kifayət edir).
- Internet, dərgi, qəzet, jurnaldan və s. götürüldükdə və müəllifin soyadının yazıldığı sətirlər əlavə edildikdə (Bütün fotoşəkillər və s. eyni mənbədəndirsə, nəzərə çarpacaq və şaquli şəkildə müəllifin soyadının yazıldığı bir sətir kifayət edir.)
- Finalçının fotoşəkli və ya vizual təsviri olduqda;
- İmzalanmış razılıq forması layihənin yanında, yaxud sərgi-stenddə yerləşən fotoşəkil, yaxud vizual təsvir olduqda;
- Mühafizəyə alınmamış kəmərlər, zəncirlər və ya gərginlik altında hərəkət edən hissələr, yaxud bərkitmə nöqtələrinin olduğu avadanlıq işə salınaraq yalnız nümayiş üçün nəzərdə tutulduqda;
- Münsiflər və ya ictimaiyyət üçün nəzərdə tutulan nümayiş üçün layihə yol verilən maksimal ölçü çərçivəsində yerləşdirilməlidir: 30 (Dərinliyi) x 48 (Eni) x 108 (Hündürlüyü) ölçülü sahədə.
- II Dərəcəli lazerlər:
- Çıxış enerjisi 1 mW<olduqda və yalnız Finalçı tərəfindən işə salındıqda;
- Yalnız Nümayiş və Təhlükəsizlik müayinəsi və qiymətləndirmə zamanı işə salındıqda;
- “Lazer Şüalanma; Şüaya tərəfə baxmaq olmaz” yazısının olduğu nişan ilə verildikdə;
- Şüaya fiziki və vizual girişi əngəlləyən qoruyucu boksun içərisinə qoyulduqda;
- Qeyri-işlək vəziyyətdə olarkən əlaqə kəsildikdə.
Qeyd: II Sinif lazerlərə lazer göstəriciləri, tuşlayıcı və məsafəölçən aparatlarda rast gəlinir və uzun müddət ərzində şüa birbaşa göstərildikdə risk yaranır.
- III və IV Sinif lazerlər işə salınmadan, yalnız nümayiş üçün nəzərdə tutulduqda (Təhlükəli Kimyəvi Maddələr, Fəaliyyətlər və ya Cihazların Radiasiya bölməsində III və IV Sinif lazerlər haqqında məlumatlara baxın).
- Lazımi şəkildə izolyasiya edildikdə fiziki yanığa səbəb ola biləcək temperatur hasil edən avadanlıq.
Stolların önündə nümayiş etdirilməsinə icazə verilən yeganə əşyalar bu Qaydaların “Intel ISEF-də Görünməsi və Şaquli Nümayiş Etdirilməsi Tələb Olunanlar” adlı bölmədə siyahısı verilən formalardır.
Intel İSEF-də Elektrik Normativləri
1. 120, yaxud 220 Volt A.C. (dəyişən cərəyanda) elektrik zənciri tələb olunan layihələri nümayiş etdirən Finalçılar UL-siyahısında verilmiş yükləmə və avadanlıq üçün uyğun 3-naqilli uzadıcı şnurlarla təmin etməlidirlər.
2. Layihələr üçün təchiz olunan elektrik enerjisi və nəticə etibarilə bunlar üçün yolverilən maksimal hədd 120, yaxud 220 Volt, A.C., (dəyişən cərəyan), tək fazalı, 60 dövrədir (sikl). Şəbəkədə (elektrik zəncirində) amperlə maksimal mövcud elektrik yükü və vat sərgi salonunun elektrik şəbəkə gücünə görə müəyyən olunur və Nümayiş və Təhlükəsizlik Komitəsi tərəfindən yerində nizamlamaq olar. Bütün elektrik normalarında “120 Volt A.C. (Dəyişən Cərəyan)”, yaxud “220 Volt A.C.(Dəyişən Cərəyan)” Intel ISEF-in keçirildiyi obyektdə təchiz olunan voltajın müvafiq amplitudasını təmin etmək üçün nəzərdə tutulur.
3. Bütün elektrik işləri Elektrik Enerjisinə dair Ölkə Məcəlləlsi, yaxud sərgi salonu normalarına müvafiq olmalıdır. Burada verilən təlimatlar ümumi xarakter daşıyır və digər qaydalar spesifik konfiqurasiyalara aid edilir. Sahədə çalışan elektrotexnik istənilən layihənin elektrik işinə baxa bilər.
4. Bütün elektrik birləşdirici elementlər, montaj naqillər, elektrik açarları, uzadıcı şnurlar, qoruyucular və s. UL-siyahısındakı məlumatlara, eləcə də yüklkənmə və avadanlıq üçün uyğun olmalıldır. Birləşmələr lehimlənməli, yaxud UL-siyahısında göstərilən birləşdiricilərlə hazırlanmalıdır. Montaj naqillər, elektrik açarları və metal hissələr lazımi şəkildə izolyasiya edilməli və (qoruyucular kimi) ifrat gərginlikli təhlükəsizlik cihazları olmalı və Finalçıdan başqa heç kəsin buna çıxış imkanı olmamalıdır. Cərəyan axını mümkün olan üstü açıq elektrik avadanlığı, yaxud metal bilmədən təmasın yaranmasının qarşısını almaq üçün qeyri-keçirici material, yaxud torpaqlanmış metal qutu ilə mühafizə olunmalıdır.
5. UL-siyahısında kommersiya məqsədli kimi göstərilən cihazın, yaxud avadanlığın tərkib hissəsi olmayan montaj naqillər üçün aydın görünən qoruyucu, yaxud elektrik enerjisi mənbəyinin təchizat hissəsində hər hansı layihə avadanlığından əvvəl avtomatik elektrik ayırıcıları (dövrə ayırıcı) olmalıdır.
6. Girişi mümkün və aydın görünən yandırma-söndürmə açarları, yaxud 120 və ya 220 Volt enerji mənbəyindən ayırmaq üçün digər vasitələr olmalıdır.
7. Nəzərəçarpacaq və ifrat səviyyədə istilik buraxan istənilən işıqlandırma (yüksək gərginlikli lampalar, halogen işıqlar və s.) Finalçı olmadıqda söndürülməlidir.
Intel ISEF-ə dair digər məlumat və tələblər
1. Finalçılar Nümayiş və Təhlükəsizlik müayinəsi üçün layihəyerləşdirilən sahədə olmalıdırlar. Müayinə Finalçı ilə müayinəçi arasında baş verən bir prosesdir, odur ki, yalnız zərurət yarandıqda tərcüməçidən başqa Finalçını heç kəs təmsil etməməlidir.
2. Məcburi yolla kənarlaşdırılan əşyaları qaytarmaq, yaxud Nümayiş və Təhlükəsizlik Komitəsi və Elmi Ekspertiza Komitəsi tərəfindən yekun sənədləşdirmə aparıldıqdan sonra əşyalar əlavə etmək qadağandır.
3. Intel ISEF-in qayda-qanunlarınının qoruması və təhlükəsizliyin həyata keçirilməsi məqsədi ilə Elm və Xalq naminə Cəmiyyətin, Elmi Ekspertiza Komitəsinin, Nümayiş və Təhlükəsizlik Komitəsinin hər hansı layihəni kənar etmək hüququ var.
4. Layihə məlumat kitabı və tədqiqat işi tələb olunmur, lakin israrla tövsiyə olunur.
5. Finalçının şəkillərindən başqa şəkillərin nümayişi üçün subyekt tərəfindən imzalanmış (18 yaş həddindən aşağı olan subyektin qəyyumu tərəfindən imzalanmış) foto reliz olmalıdır. Nümunəvi razılıq mətni: “Bu tədqiqatda mənim iştirakım, yaxud uşağımın iştirakı ilə bağlı vizual surətlərin (foto, video və s.) istifadə olunmasına öz razılığımı verirəm”.
6. Audio-vizual və multimedia prezentasiyalardan (məsələn, kompüter ekranlarında nümayiş olunan 35 mm slaydlar, videokassetlər, surətlər, qrafiklər, animasiyalar, yaxud digər qeyri-çap prezentasiya metodları və s.) istifadə edən Finalçılar layihənin təsdiq olunmasından əvvəl bütün prezentasiyanı Nümayiş və Təhlükəsizlik müayinəçilərinə göstərmək üçün hazır olmalıdırlar.
7. Layihə müsabiqədən kənar elan edildiyi, lakin Finalçı kənarlaşmadığı halda, Elm və Xalq naminə Cəmiyyət layihəni imkan daxilində ən təhlükəsiz qaydada kənar edir və layihəyə dəyən zərərə görə cavabdehlik daşımır.
8. Münsiflər, yaxud ictimaiyyətə paylamaq üçün nəzərdə tutulan disk, CD, çap materialları və s. (o cümlədən qeyri-rəsmi annotasiya) Nümayiş və Təhlükəsizlik Komitəsi tərəfindən müsadirə olunur və dərhal ləğv edilir.
9. Layihədə istiafdə olunan səs, işıq, qoxu, bu və ya digər nümayiş əşyaları yayındırıcı olmamalıdır.
10. Şəxsi istifadə üçün qablaşdırılmış kiçik su qabları istisna olmaqla, hər hansı yemək və içkilərin Sərgi Salonuna gətirilməsinə icazə verilmir.
Intel ISEF-də BÜTÜN layihələr üçün
Annotasiya və Sertifikasiyaya dair Tələb olunan Məlumat
*Bu forma regional, yaxud ştat sərgiləri üçün uyğun olmaya bilər; milli sərginizə müraciət edərək təlimatlarla tanış ola bilərsiniz.
BÜTÜN layihələr üçün forma ilə bağlı başlıca tələblər və konkret tədqiqat sahəsinə görə digər tələblərə ƏSASƏN tədqiqatın sonunda Annotasiya və Sertifikasiya tələb olunur. Bu tələblər aşağıdakılardır.
Annotasiyanın doldurulması
Tədqiqat və eksperiment qurtardıqdan sonra (maksimum) 250 sözdən ibarət bir səhifəlik annotasiya yazmaq tələb olunur. Annotasiya Elm və Xalq naminə Cəmiyyət tərəfindən təsdiq olunmuş qaydada Rəsmi Annotasiya və Sertifikasiya Formasında yazılır. Annotasiyada aşağıdakı məlumatlar olmalıdır:
a) eksperimentin aparılmasında məqsəd
b) prosedur
c) məlumat
d) nəticələr
Bura həmçinin tədqiqatla bağlı digər işləri də daxil etmək olar. Əvvəlki işlər bunlara yalnız minimum istinad etməklə daxil edilməlidir. Annotasiyaya aşağıdakı məlumatlar da daxil edilməməlidir:
a) təşəkkürlər (o cümlədən tədqiqat institutu, yaxud işlədiyiniz mentorun (məktəb təlimatçısının adı) və ya özünü-təbliğ və kənar attestasiyalar.
b) Mentorun gördüyü iş, yaxud prosedurlar.
Sertifikasiyanın doldurulması
Annotasiya və Sertifikasiya formasının aşağısında 6 sual verilir. Hər bir sualı diqqətlə oxuyun və cavablandırın. Intel ISEF-in Elmi Ekspertiza Komitəsi annotasiyanı yoxlayır və təsdiq edir.
Yoxlamalar SRC tərəfindən də həyata keçirilir. Annotasiya və Sertifikasiyanın bir nüsxəsi sərgiyə gətirilməlidir. Intel ISEF-in SRC-si tərəfindən təsdiq edilmiş və möhürlənmiş Annotasiya və ya Sertifikasiyanın surətləri çıxarılaraq Finalçı tərəfindən münsiflərə və ictimaiyyətə təqdim edilə bilər (ilk 30 nüsxə SSP tərəfindən təmin olunur).
Intel ISEF
Annotasiya və Sertifikasiya (Nümunə)
Adı ___________________________________________________________________
Finalçının adı ___________________________________________________________
Məktəbin adı, şəhər, ştat, ölkə ____________________________________________
Burada Annotasiyanın əsas mətni yazılır.
1. Bu tədqiqat layihəsinin bir hissəsi kimi şagird bilavasitə potensial təhlükəli bioloji maddələr ilə təmasda olmuş, əl ilə iş görmüş, yaxud əlaqədə olmuşdur (müvafiq xananı işarələyin):
□ İnsan varlıqları □ mikroorqanizmlər □ rDNA □ toxuma
□ Onurğalı heyvanlar
2. Bu annotasiyada yalnız mənim, yaxud bizim tərəfimizdən yerinə yetirilən prosedurlar haqqında məlumat verilir, mənim və bizim müstəqil tədqiqatımızı əks etdirir və yalnız bir illik işi təmsil edir.
□ Bəli □ Xeyr
3. Mən/Biz avadanlığı tədqiqat institutu, yaxud sənaye müəssisəsi şəraitində işlətdik və ya istifadə etdik.
□ Bəli □ Xeyr
4. Bu layihə əvvəlki tədqiqatın davamıdır.
□ Bəli □Xeyr
5. Mənim sərgi stendimə nəşr olunmamış fotoşəkillər /(özümdən başqa), vizual insan təsvirləri daxildir.
□ Bəli □ Xeyr
6. Mən/Biz bununla təsdiq edirik ki, annotasiya və yuxarıdakı cavablar doğrudur və mənim/bizim işimizi müvafiq olaraq əks etdirir.
□ Bəli □Xeyr
Cizgisi verilmiş möhürlə təsdiq olunur ki, bu layihə bütün federal və ştat qayda- qanunlarına uyğundur və bütün müvafiq yoxlama və təsdiqlər, o cümlədən Intel ISEF-in Elmi Ekspertiza Komitəsinin yekun təsdiqi alınıb.
Kateqoriya
Yalnız birini seçin - sağ tərəfdəki kvadratda “X”işarəsini qoyun.
Zootexnika □
Davranış və Sosial Elmlər □
Biokimya □
Hüceyrə və Molekulyar Biologiya□
İnformatika□
Yerşünaslıq□
Maşınqayırma və biomühəndislik □
Mühəndislik: Energetika və Mexanika□
Enerji və Nəqliyyat □
Ətraf Mühit Elmləri□
Yalniz INTEL ISEF Rəsmi İstifadəsi üçün Nəzərdə Tutulub |
Ətraf Mühitin İdarəolunması□
Riyaziyyat □
Tibb və Sağlamlıq □
Mirkobiologiya □
Fizika və Astronomiya □
Tətbiqi Botanika □
QEYD: Sizin annotasiyanız Intel Beynəlxalq Elm və Mühəndislik Sərgisinin Annotasiya və Sertifikasiya formasında əks olunmalı, nümayiş etdirilmədən və paylanmadan öncə Intel ISEF-in Elmi Ekspertiza Komitəsi tərəfindən möhürlənməli, yaxud cizgisi verilmiş möhürlə təsdiq edilməlidir. Mətnlərin yapışdırılmasına, yaxud lentə yazılmasına icazə verilmir. Təsdiq olunmuş Annotasiya və Sertifikasiyanızın digər format, yaxud versiyasının Intel ISEF-də bu və ya digər məqsəd üçün istifadəsinə icazə verilmir.
Intel ISEF-in Kateqoriyaları və Alt Kateqoriyaları
Bu kateqoriyaların hazırlanmasında məqsəd münsiflər və şagird layihələrinin Intel ISEF-də qiymətləndirilməsini daha yaxşı nizamlamaqdır. Yerli, regional, ştat və ölkə sərgilərində öz ərazilərinin ehtiyaclarından asılı olaraq bu kateqoriyalardan istifadəyə qərar verə yaxud verməyə bilərlər. Sözügedən müsabiqə səviyyəsində müvafiq kateqoriyaların siyahısı üçün özünüzün törəmə sərgi (lərini) yoxlayın.
Intel ISEF kateqoriyaları haqqında tam məlumat və açıqlama üçün www.societyforscience.org/isef/students/project_categories veb-saytımıza müraciət edin.
ZOOTEXNİKA |
YERŞÜNASLIQ VƏ PLANETLƏR HAQQINDA ELM |
RİYAZİYYAT |
Heyvandarlıq Ontoqenez Ekologiya Patologiya Fiziologiya Populyasiyanın genetikası Sistematika Digər
|
İqlimşünaslıq, Hava Geokimya, Minerologiya Paleontologiya Geofizika Planetlər haqqında elm Tektonika Digər |
Cəbr Analiz Tətbiqi Riyaziyyat Həndəsə Ehtimal və Statistika Digər |
DAVRANIŞ VƏ SOSİAL ELMLƏR |
MÜHƏNDİSLİK: ENERGETİKAVƏ MEXANİKA |
TİBB VƏ TİBBİ-SANİTARİYA FƏNLƏRİ |
Kliniki və İnkişaf Psixologiyası Koqnitiv psixologiya Fizioloji psixologiya Sosiologiya Digər
|
Elektrik mühəndisliyi, Kompüter mühəndisliyi, nəzarət sistemləri və mexaniki mühəndislik Robotlaşdırma Termodinamika, Günəş Digər
|
Xəstəlik Diaqnostikası və Müalicəsi Epidemologiya Genetika Xəstəliklərin Molekulyar Biologiyası Fiziologiya və Patofizioloiya Digər |
BİOKİMYA |
MÜHƏNDİSLİK: MATERİALLAR VƏ BİOMÜHƏNDİSLİK |
MİKROBİOLOGİYA |
Ümumi biokimya Metabolizm Struktur Biokimya Digər |
Biomühəndislik Kimya mühəndisliyi İnşaat mühəndisliyi Mülki inşaat Sənaye mühəndisliyi Materialların Emalı Digər |
Antibiotika Antimikrob Bakteriologiya Mikrobların Genetikası Virologiya Digər |
HÜCEYRƏ VƏ MOLEKULYAR BİOLOGİYA |
ENERJİ VƏ NƏQLİYYAT |
FİZİKA VƏ ASTRONOMİYA |
Hüceyrə bioligiyası Hüceyrə və molekulyar biologiya İmmunologiya Molekulyar biologiya Digər |
Kosmik məkan və eronaviqasiya mühəndisliyi Aerodinamika Alternativ Yanacaq Fossil yanacağı enerjisi Maşınqayırma Yenilənən enerji Digər |
Astronomiya Atomlar, Molekullar Bərk Cisimlər Bioloji Fizika Nəzarət-ölçü cihazları və elektronika Maqnetika və elektromaqnetika Nüvə və Hissəciklər Fizikası Optika, Lazer, Mazer Nəzəri Fizika Nəzəri Astronomiya, yaxud Astronomik Hesablama Digər |
KİMYA |
ƏTRAF MÜHİTİN İDARƏOLUNMASI |
TƏTBİQİ BOTANİKA |
Analitik Kimya Ümumi Kimya Qeyri-üzvi Kimya Üzvi Kimya Fiziki Kimya Digər |
Biobərpa Ekosistemin İdarəolunması Ekologiya mühəndisliyi Yer Ehtiyatlarının idarəolunması Meşə bərpası (təkrar istifadə) Tullantıların İdarəolunması Digər |
Kənd təsərrüfatı/Aqronomiya İnkişaf Ekologiyası Genetika Fotosintez Bitki fiziologiyası (Molekulyar, Hüceyrə və Orqanizm) Bitkilərin Sistematikası |
Yaşlı Sponsorun Yoxlama Cədvəli (1)
Bu forma BÜTÜN layihələr üçün tələb olunur.
Tədqiqatçı şagird (lərlə) birlikdə Yaşlı Sponsor tərəfindən doldurulur:
Şagirdin adı (ları):__________________________________________________
Layihənin adı:_____________________________________________________
1) □ Intel ISEF-in Qayda və Təlimatlarını nəzərdən keçirmişəm.
2) □ Şagirdin tamamlanmış Yoxlama Cədvəlini (1A) və Tədqiqat Planını nəzərdən keçirmişəm.
3) □ Şagirdlə işləmişəm və layihə ilə bağlı mümkün riskləri müzakirə etmişik.
4) □ Layihədə aşağıdakıların iştirakı nəzərdə tutulur və SRC, IRB, IACUC, yaxud IBC tərəfindən ilkin təsdiqin olmasını tələb edir:
□ İnsanlar □ Potensial Təhlükəli Bioloji Maddələr
□ Onurğalı heyvanlar □ Mikroorqanizmlər □ rDNA □ Toxumalar
5) BÜTÜN LAYİHƏLƏR üçün doldurulması tələb olunur:
□ Yaşlı Sponsorun Yoxlama Cədvəli (1) □ Tədqiqat Planı
□ Şagirdin Yoxlama Cədvəli (1A) □ Təsdiq Forması (1B)
□ İxtisaslaşdırılmış Tədqiqat İnstitutu/Sənaye Tətbiqatı Forması (1C) /eksperiment tamamlandıqdan sonra tələb əsasında/
□ Davametmə Forması (7) /tələb əsasında/
6) Aşağıdakılar layihədə iştirak etdikdə tələb olunan əlavə formalar (müvafiq xananı işarələyin):
□ İnsanlar (İnstitusional Ekspertiza Heyəti (IRB) tərəfindən ilkin təsdiq olunmasını tələb edir; qaydaların tam mətninə baxın).
□ İnsan İştirakçıları Forması (4), yaxud İnstitusional IRB-ə məxsus müvafiq sənədləşdirmə
□ Məlumatlı Razılıq Formasına dair Nümunə (Tələb əsasında, yaxud IRB tərəfindən tələb olunduqda)
□ Mütəxəssis Alim Forması (2) (Tələb əsasında yaxud IRB tərəfindən tələb olunduqda)
□ Onurğalı heyvanlar (Əvvəlcədən təsdiq olunması tələb olunur, qaydaların tam mətninə baxın)
□ Onurğalı Heyvan Forması (5A) - məktəb, ev, çöl tədqiqat sahəsində həyata keçirilən layihələr üçün nəzərdə tutulur (SRC tərəfindən əvvəlcədən təsdiq olunması tələb olunur)
□ Onurğalı Heyvan Forması (5B) - İxtisaslaşdırılmış Tədqiqat İnstitutunda həyata keçirilən layihələr üçün nəzərdə tutulur (Eksperimentdən öncə Heyvanlara Qayğı və İstifadəyə dair İnsitutsional Komitə (IACUC) tərəfindən təsdiq olunması tələb olunur)
□ Mütəxəssis Alim Forması (2) (Nəzarətli tədqiqat sahəsində həyata keçirilən onurğalı heyvanlara dair bütün layihələr üçün, yaxud tələb əsasında tələb olunur)
□ Potensial Təhlükəli Bioloji Maddələr (SRC, IACUC, yaxud Biotəhlükəsizlik üzrə İnstitusional Komitə (IBC) tərəfindən ilkin təsdiqi tələb olunur, qaydaların tam mətninə baxın).
□ Potensial təhlükəli bioloji maddələr üçün riskin qiymətləndirilməsi forması (6A)
□ İnsan və Onurğalı Heyvan Toxuması Forması (6B) - layihədə yeni, yaxud dondurulmuş toxuma, hüceyrə kulturaları, qan, qan məhsulları və bədən mayelərindən istifadə nəzərdə tutulduqda Forma 6A-ya əlavə olaraq doldurulur.
□ Riskin qiymətləndirilməsi forması (3) Protistlər, arxeylər və bənzər mikroorqanizmlərdən və kompostlama (qatışıq üzvi gübrə), yanacaq istehsalı, yaxud digər qeyri-kultura təcrübə (6A, 6B və 2 tələb olunmur) məqsədləri üçün üzvi gübrə (peyindən) istifadəsi nəzərdə tutulan layihələr üçün tələb olunur;
□ Təhlükəli kimyəvi maddələr, fəaliyyətlər və cihazlar (ilkin təsdiq tələb olunmur, qaydalar haqqında tam mətnə baxın)
□ Riskin qiymətləndirilməsi forması (3)
□ Mütəxəssis alim forması (2) (DEA nəzarətli maddələrin istifadəsi nəzərdə tutulan layihələr üçün, yaxud tələb olunduqda)
Yaşlı sponsorun adı (çap hərflərilə) İmza Yoxlama Tarixi
Telefon E-poçt
Şagirdin yoxlama cədvəli (1A)
Bu forma BÜTÜN layihələr üçün tələb olunur.
1) a. Şagird/Komanda Rəhbəri:__________________________Sinif______________
E-poçt:______________________________Telefon___________________________
b. Komanda üzvü:__________________c. Komanda üzvü:______________________
2) Layihənin adı:________________________________________________________
3) Məktəb:________________________________Məktəbin telefon nömrəsi:_______
Məktəbin ünvanı:______________________________________________________
4) Yaşlı sponsor:____________________Tel./E-poçt:__________________________
5) Bu əvvəlki ilə aid işin davamıdırmı?
Cavab “Bəli”dirsə:
a) Əvvəlki ilə aid □ Annotasiya və □ Tədqiqat planı əlavə edilir.
b) □ Davametmə formasında (7) əvvəlki illərdən başlayaraq layihədə nə kimi yeniliklərin və fərqli cəhətlərin olduğunu izah edilir.
6) Bu ilki laboratoriya təcrübəsi və məlumatların toplanması: (göstərilməlidir) (ay/gün/il)
Başlama tarixi:_________________________Başa çatma tarixi:______________
7) Eksperimenti harada keçirəcəksiniz? (müvafiq xananı işarələyin)
□ Tədqiqat İnstitutu □ Məktəb □ Sahə □ Ev □ Digər_______________
Məktəb xaricində olan digər iş sahələrinin adını və ünvanını göstərin:
Adı:________________
Ünvanı:_____________
Telefon:_____________
9) Tədqiqat planına dair təlimatlara riayət edərək Tədqiqat planını doldurun və bu formaya əlavə edin.
10) Eksperimentdən sonra bütün layihələr üçün annotasiya tələb olunur.
Tədqiqat planına dair Təlimatlar
Tam tədqiqat planı tələb olunur və Şagirdin yoxlama cədvəli (1A) ilə birgə təhvil verilməlidir.
Makinada çap olunmuş Tədqiqat planını verirsiniz və Şagirdin yoxlama cədvəlinə (1A) əlavə edirsiniz. Hər səhifədə öz adınızı yazırsınız. BÜTÜN layihələr üçün Tədqiqat planına aşağıdakılar daxil edilməlidir:
BÜTÜN layihələr üçün Tədqiqat planına aşağıdakılar daxil edilməlidir:
A. Tədqiq olunan məsələ və ya problem
B. Məqsədlər, gözlənilən nəticələr, fərziyyələr
C. Metod, yaxud prosedurların ətraflı izahı (BÜTÜN tədqiqat planlarını tərtib edilərkən aşağıdakıların əks olunması mühüm və başlıca məsələlərdir):
- Prosedurlar: Məlumatların toplanmasında istifadə olunacaq bütün prosedurları və eksperimental plan barədə məlumat verin.
- Məlumatların təhlili: Tədqiq olunacaq məsələyə, yaxud fərziyyəyə dair məlumatları təhlil etmək üçün istifadə edəcəyiniz prosedurları izah edin.
D. Ədəbiyyat siyahısı: Ədəbiyyat xülasənizdən ən azı beş (5) əsas istinadı (məsələn, elmi jurnaldan məqalələr, kitablar, Internet saytları) sıralayın. Onurğalı heyvanlardan istifadəni planlaşdırırsınızsa bu istinadlardan biri heyvanlara qayğı haqqında olmalıdır.
- Bir stil seçirn və tədqiqat planında istifadə olunan ədəbiyyata isnad etmək üçün ondan davamlı istifadə edin.
- Qaydalarla sabahinalimleri.edu.az saytında tanış ola bilərsiniz.
Aşağıda verilən 1-4-cü bəndlər müvafiq olaraq tədqiqat planınıza əlavə ediləcək konkret mövzuya aid Qaydalardır.
- 1. İnsan iştirakçıları olan tədqiqat:
- İştirakçılar. Tədqiqatınızda iştirak edəcək şəxslər barədə məlumat (yaş həddi, cinsi, irqi və etnik kompozisiyası). Hər hansı həssas əhali qruplarını (azyaşlılar, hamilə qadınlar, məhbuslar, əqli baxımdan əlil, yaxud sosial baxımdan az təminatlı) müəyyən edin.
- Tədqiqata cəlb etmə. İştirakçıları haradan seçəcəksiniz? İştirak etmək üçün onları necə dəvət edəcəksiniz?
- Metodlar. İştirakçılara nə kimi tapşırıq veriləcək? Hər hansı sorğu, anket sorğusu, yaxud testlərdən istifadə edəcəksinizmi? Hər bir mövzu üçün nə qədər vaxt nəzərdə tutulur?
- Riskin qiymətləndirilməsi:
- Risklər: İştirakçılar üçün risklər və potensial narahatçılıq (fiziki, psixoloji, nəzərdə tutulann vaxt, sosial, hüquqi və s.) hansılardır? Bu riskləri minimuma necə endirəcəksiniz?
- Üstünlüklər: Cəmiyyət, yaxud hər bir iştirakçı üçün bunun üstünlüklərini sadalayın.
- Məxfiliyin qorunması: Tanınması mümkün olan hər hansı məlumat (məsələn, adlar, telefon nömrələri, doğum tarixləri, e-poçt ünvanları) toplanacaqmı? Məlumatlar məxfi olacaq yoxsa anonim? Anonim olacaqsa məlumatların anonim toplanma formasını əlavə edin. Anonim olmayacaqsa məxfiliyi qorumaq üçün nə kimi prosedurlar hazırlanıb? Məlumatlar harada saxlanacaq: məlumatlara kimlərin giriş imkanı olacaq? Tədqiqat başa çatdıqdan sonra məlumatları nə edəcəksiniz?
- Məlumatlı Razılıq Prosesi: Tədqiqatın məqsədi barədə iştirakçıları necə məlumatlandıracaqsınız - onlara nə kimi tapşırıq verəcəksiniz, iştirakın könüllü olduğunu və istənilən vaxt saxlamaq hüquqları olduğunu onlara izah edəcəksiniz?
2. Onurğalı heyvanlara dair tədqiqat:
- Onurğalı heyvanlardan istifadəyə potensial ALTERNATİVLƏRİ qısaca müzakirə edin və onurğalı heyvanlardan istifadə edilməsinin zəruriliyini əsaslandırın.
- Tədqiqatın potensial təsirini, yaxud töhfələrini izah edin.
- İstifadə olunacaq bütün prosedurlar haqqında geniş məlumat verin.
- Eksperiment əsnasında heyvana verilə biləcək potensial narahatçılıq, əziyyət, ağrı və zədələri minimuma endirmək üçün istifadə edəcəyiniz metodları bura əlavə edin.
- Kimyəvi konsentrasiyalar və dərman dozalarına dair ətraflı məlumat verin.
- Heyvanların sayı, növü, irsiyyəti, cinsi, yaşı, mənşəyi və s. barədə məlumat verin.
- Tədqiqat üçün planlaşdırılan heyvanların sayını əsaslandıraraq bura daxil edin.
- Heyvanların saxlanma şəraiti və gündəlik qayğı işinə nəzarət barədə məlumat verin.
- Araşdırmanın sonunda heyvanların yerbəyer edilməsi məsələsini müzakirə edin.
- Eksperiment əsnasında heyvana verilə biləcək potensial narahatçılıq, əziyyət, ağrı və zədələri minimuma endirmək üçün istifadə edəcəyiniz metodları bura əlavə edin.
3.Potensial təhlükəli bioloji maddələr
- Biotəhlükəsizlik Səviyyəsinin Qiymətləndirilməsini və nəticədə alınan BSL səviyyəsinin müəyyən olunmasını izah edin.
- Maddənin mənbəyi, konkret hüceyrə xəttinin və s. mənbəyini göstərin.
- Təhlükəsizlik ehtiyat tədbirləri barədə məlumat verin.
- Yerləşdirmə metodlarını müzakirə edin.
4.Təhlükəli kimyəvi maddələr, fəaliyyətlər və cihazlar:
- Riskin Qiymətləndirilməsi prosesini və nəticələri izah edin.
- Kimyəvi konsentrasiyalar və dərman dozaları barədə məlumat verin.
- Riski minimuma endirmək üçün ehtiyat təhlükəsizlik tədbirləri və prosedurlarını izah edin.
- Yerləşdirmə metodlarını müzakirə edin.
TƏSDİQ FORMASI (1B)
Hər bir şagird, o cümlədən bütün komanda üzvləri üçün doldurulmuş forma tələb olunur.
1) Şagird və Valideyn tərəfindən doldurulan hissə:
a) Şagirdin Təsdiqi
- Mən təklif olunan tədqiqat planının risklərini və mümkün təhlükəsini başa düşürəm.
- Mən Intel ISEF-in Qayda və Təlimatları ilə tanış olmuşam və bu tədqiqatı apararkən bütün Beynəlxalq Qaydalara riayət edəcəyəm.
- Mən Etika Qaydalarına dair Bəyanatla tanış olmuşam və bu Qaydalara riayət edəcəyəm.
Elmdə əxlaq normalarının pozulması tədqiqatın, yaxud müsabiqənin istənilən mərhələsində bağışlanılmır. Bura ədəbi oğurluq (plaqiatçılıq), saxtakarlıq (saxta sənəd, saxta imza), digər tədqiqatçının işindən istifadə olunma, yaxud onu özününkü kimi qələmə vermə, qondarma məlumatlardan istifadə etmə daxildir. Əxlaq normalarının pozulması aşkar edilən layihələr milli sərgilər və Intel ISEF müsabiqəsindən kənar ediləcək.
Şagirdin adı (çap hərflərilə) İmza
Təsdiq olunma tarixi (Eksperimentdən öncə)
b)Valideyn və ya Qəyyumun Təsdiqi:
Mən Tədqiqat Planı ilə bağlı risklər və mümkün təhlükələr haqqında məlumatlıyam və onları tam başa düşürəm. Mən uşağımın bu tədqiqatda iştirakına razılığımı bildirirəm.
Valideyn/Qəyyumun adı (çap hərflərilə) İmza
Təsdiq tarixi (Eksperimentdən öncə)
2) Sərgi SRC-si tərəfindən doldurulur
(SRC, IRB tərəfindən ilkin təsdiqin alınmasını tələb edən layihələr üçün. Müvafiq olaraq 2a, yaxud 2 b forması imzalanır.)
2a) Eksperimentdən ƏVVƏL SRC, IRB tərəfindən ilkin təsdiq olunması tələb olunan layihələr (insanlar, onurğalı heyvanlar, yaxud potensial təhlükəli bioloji maddələrlə bağlı olan layihələr) üçün:
SRC/IRB bu layihənin Tədqiqat Planını və tələb olunan bütün formaları diqqətlə araşdırıb. Mənim imzam şagird eksperimentə başlamamışdan öncə Tədqiqat Planını təsdiq etdiyimi göstərir.
SRC/IRB sədrinin adı (çap hərflərilə) İmza
Təsdiq tarixi (Eksperimentdən əvvəl)
YAXUD
2b) Əvvəlcədən sərgi SRC/IRB tərəfindən təsdiq olmadan bütün İxtisaslaşdırılmış Tədqiqat İnstitutlarında aparılan tədqiqatlar üçün tələb olunur.
Bu layihə ixtisaslaşdırılmış tədqiqat institutunda aparılmış, eksperimentdən əvvəl müvafiq institusional heyət tərəfindən ona baxış keçirilmiş və təsdiq olunmuşdur, Intel ISEF-in Qaydalarına uyğundur. (1C) və tələb olunan institusional təsdiqləri (məsələn, IACUC, IRB) əlavə edin.
SRC sədrinin adı (çap hərflərilə) İmza
Təsdiq tarixi
3) Intel ISEF-ə qatılan Sərginin SRC-nin Yekun Təsdiqi (BÜTÜN layihələr üçün tələb olunur)
Eksperimentdən sonra və Müsabiqədən Az Öncə Regional, Ştat və Milli Sərgidə SRC Təsdiqi
Mən təsdiq edirəm ki, bu layihədə təsdiq olunmuş Tədqiqat Planına riayət olunub və layihə Intel ISEF-in bütün Qaydalarına cavab verir.
Regional SRC sədrinin adı (çap hərflərilə) İmza Təsdiq tarixi
Ştat, Milli SRC sədrinin adı (çap hərflərilə) İmza Təsdiq tarixi
(müvafiq olaraq)